2019-cu ildə yaradılmış “Simurq” nəşriyyatı məşhur uşaq kitablarını ana dilimizə çevirmək üçün dünyanın bir çox uşaq nəşriyyatı ilə əməkdaşlıq edir. Eyni zamanda yerli uşaq ədəbiyyatının inkişafı üçün yeni-yeni layihələr üzərində çalışır.
“Simurq” nəşriyyat sektorunda özünəməxsus yeri olan nəşriyyatlardan biridir. Dünya ədəbiyyatından ən maraqlı uşaq ədəbiyyatı əsərlərini tərcümə və nəşr etməyi özünə hədəf qoyan nəşriyyat bu günə kimi “Balaca Şahzadə”, “Qağayı Conatan Livinqston”, “Balaca Qara Balıq” kimi dünya ədəbiyyatının ən orijinal kitablarını çap etmişdir. “Simurq” kitablarının tərcüməsi, illüstrasiyalarının fərqliliyi, çap keyfiyyəti baxımından xüsusilə fərqlənir və oxucuların ən çox etibar etdiyi nəşriyyatlardan biri olmaqla bərabər, həmçinin hər il müxtəlif sərgilərdə iştirak edir, bir-birindən maraqlı layihələrlə oxucuların rəğbətini qazanmağa çalışır.

WhatsApp Icon
WhatsApp Icon
'