Luçia Tumiati

Lucia Tumiati Barbieri

/

Luçia Tumiati 1926-cı ildə İtaliyanın Venesiya şəhərində anadan olub. Hələ uşaq yaşlarından həyatın bir çox ağır çətinlikləri ilə qarşılaşıb. Milliyyətcə yəhudi olduğuna görə İkinci Dünya müharibəsi dövründə mənəvi təzyiqlərə məruz qalıb. 
Tumiati universitetdə ədəbiyyat fakültəsində təhsil alaraq məşhur “Pinokkionun macəraları” kitabının müəllifi Karlo Kollodi haqqında yazdığı elmi işi ilə məzun olur. Müəllif böyüklər üçün yazmaqla bərabər, daha çox uşaqlar və yeniyetmələr üçün kitab yazır.
Tumiati İtaliyanın bir çox ədəbi mükafatlarına layiq görülüb. İtaliyalı yazıçı daha çox bu mövzular haqqında kitab yazır: azadlıq, fərqlilik hissi və dünya ilə ünsiyyətdə olmaq.

Luçia Tumiati

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'