Tuflinlər

0.0
(0)

Kiçik böcəklərin böyük mübarizəsi Bu əsəri uşaqlarmı, yoxsa böyüklərmi daha çox se­vir? Qərar vermək çətindir; kitab uşaqları öyrədəcək, bö­yük­­lərə isə yön verəcək mesajlarla zəngindir.
Əsər Larpin diyarında yaşayan balaca tuflinlərdən bəhs edir; əzilərək yerin və qorxunun altında ya­şa­yan tuf­lin­lər­dən. Düşmənləri bolclar onlara gün verib işıq vermir. 
Susal və Oşan xilas yolunu başçı Norodan fərqli ola­raq qaçmaqda, daha dərin qazıb “yerin dibi”ndə ya­şa­maqda görmür, düşməni məhv etmək üçün yollar axtar­ır, “üzə” çıxırlar. Düşmən axtarışı zamanı onlar da­ha əvvəl görmədiyi – müəllif tərəfindən heç də tə­sa­düfi seçilməyən – heyvanlarla qarşılaşırlar. Məhz bu zaman həm əsə­rin qəhrəmanları, həm də oxucular əsl həyat dərsləri öyrənməyə başlayırlar; müəllif heyvanları çox məharətlə “danışdırır”, bir çox sosial-psixoloji və önəmli mövzulara toxunur.

Ardını oxu
Kitabın adı Tuflinlər
Müəllif Amin
ISBN 9789952547542
Dili Azərbaycan
Səhifə sayı 184
Kitabın formatı 120x190 mm
Çap tarixi 2022
Nəşriyyat Simurq
Pineapple
Amin

Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. 
Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan iki kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?” seriyanın növbəti kitabıdır.
Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'