Azel

0.0
(0)

Azel “hara”, “necǝ”, “niyǝ”, “haçan” suallarını vermir, o, qorxmaz, cǝsarǝtli, sadiq dostdur, eyni zamanda onun saf bir ürǝyi var. Sevgiyǝ vǝ sǝdaqǝtǝ inanır.
Azel vǝ Gülcǝ
Bu hekayǝ ruhunda qanadları olan hamı üçün yazılıb; yaşından, arzularından, xǝyallarından asılı olmayaraq... 
“Gözlǝ, gǝlǝcǝm” demǝk daha çǝtindir, ya “Gǝl sǝn dǝ mǝnimlǝ gedǝk” söylǝmǝk? 
Nǝ qǝdǝr güclü sevǝ bilǝrsǝn ki, hündür budağa qonmuş qanadlı bir varlığa “ehtiyatlı ol, yıxılarsan” deyǝsǝn?
Babam vǝ Mǝn
“Balaca, bir gün gǝlǝcǝk sǝn böyük işlǝr görǝcǝksǝn”, – babası Azelǝ tez-tez belǝ deyǝrdi. Azel gündǝ ona yüz dǝfǝ “niyǝ” sualı verǝrdi. Günǝş niyǝ tǝkdir, daş niyǝ daşdır, quş niyǝ quşdur, bu dǝniz niyǝ buradadır...
“Bilirsǝn, sǝn cǝsur olanda nǝyisǝ bilmǝdiyin vaxt da cǝsur olur­san, etiraf edirsǝn ki, “bilmirǝm”... Ona görǝ cǝsurlar tez-tez, qor­xaqlar gec-gec “bilmirǝm” sözünü deyirlǝr”.

Ardını oxu
Kitabın adı Azel
Müəllif Amin
ISBN 9789952547566
Dili Azərbaycan
Səhifə sayı 168
Kitabın formatı 120x190 mm
Çap tarixi 2022
Nəşriyyat Simurq
Pineapple
Amin

Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. 
Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan iki kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?” seriyanın növbəti kitabıdır.
Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'