Antuan dö Sənt-Eqzüperi

Antoine de Saint-Exupéry

/

Antuan dö Sənt-Eqzüperi 1900-cü il iyunun 29-da Fransanın Lion şəhərində anadan olub. O, ilk təhsilinə 1908-ci ildə “Qardaşlar məktəbi” adı ilə tanınan Müqəddəs Varfolomey dini məktəbində başlamış, daha son­ra müxtəlif tədris mərkəzlərində oxumuşdu. Təhsilini bitirdikdən sonra pilotluq peşəsinə yiyələnib. 1944-cü ildə düşmən ərazilərində kəşfiyyat aparmaq üçün Korsika adasındakı Borqo aeroportundan havaya qalxıb və bir daha geri qayıtmayıb. 
Dünyanın 300-dən çox dil və ləhcəsinə çevrilən “Balaca Şahzadə” ilk dəfə 1943-cü ildə Nyu-Yorkda, eyni vaxt­da həm fransız, həm də ingilis dilində çap olunub. Bu möhtəşəm əsər hələ də dünyanın ən çox oxunan kitabları sırasındadır.

Antuan dö Sənt-Eqzüperi

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'