Balaca Cadugər

0.0
(0)

– Gözəl qızım, yenə maraqla nə oxuyursan?  
– “Balaca Cadugər” kitabını, Ata.
– Cadugər??? Qorxmursan? Axı cadugərlər...
– Yox, Ata, qorxulu deyil, bu, yaxşı cadugərdi. O, me­­şə­­də odunyığanlara, bazarda şabalıdsatana və gül­sa­­tan balaca qıza kömək edir.
– Nolsun, axı onlar insanlara cadu edir? 
– Hə, amma Balaca Cadugər xeyirxahdı. Hətta o, pis adamları: atlara əziyyət edən faytonçunu, qəddar me­­şəbəyini, quşların yuvasını dağıdan uşaqları cəza­landırır.
– Yaxşı görək?!
– Hə, hə, o, mehribandı, qayğıkeşdi, gülməlidi, saf­qəlblidi, ancaq həm də tərsdi. Onun Abraksas ad­lı bir qarğa dostu da var. Ata, bilirsən, Balaca Ca­du­­gə­rin cəmi-cümlətanı 127 yaşı var.
– Nə? 127 yaşı?
– Bəli, Ata, 127 yaşı. Cadugərlər üçün bu yaş azdı.On­lar çox uzun yaşayırlar.
– Yaxşı, qızım, xoş mütaliələr.

Ardını oxu
Kitabın adı Balaca Cadugər
Orijinal adı Die kleine Hexe
Müəllif Otfrid Proysler
Tərcüməçi Cəmilə İsmayılzadə
ISBN 9789952547788
Dili Azərbaycan
Səhifə sayı 136
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Simurq
Pineapple
Otfrid Proysler

Otfrid Proysler 1923-cü il oktyabrın 20-də Çexiyanın Ray­xenberq (indiki Liberets) şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra İkinci Dünya mü­ha­ri­bə­sinə qatılıb. 1944-cü ildə leytenant kimi Sovet or­du­su­na əsir düşüb. 5 il SSRİ düşərgələrində əsir həyatı ya­şa­yıb. 1949-cu ildə vətənə qayıtdıqdan sonra ailə həyatı qurub və müəllim kimi fəaliyyət göstərib. 
Proyslerin ilk kitabı, “Balaca su pərisi” 1956-cı ildə çap olunub. 1957-ci ildə nəşr olunan “Balaca Cadugər” ki­ta­bı ona çox bö­­yük uğur gətirib.
Proysler yazdığı uşaq kitablarına görə 10-a yaxın mü­ka­fata layiq görülüb. Onun uşaq kitablarının motivləri əsa­sında tamaşalar qurulub, filmlər çəkilib. Yazıçı 2013-cü il fevralın 18-də dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'