Baskervillərin iti

0.0
(0)

Dortmundun barsız-bərəkətsiz çöllüklərində bədheybət qisasçı köpək haqqında qorxunc əfsanə dolaşır. Guya bu köpək varlı bir nəslin – Baskervillərin qənimidir, yüz ildən artıqdır ki, onun nümayəndələrinin qanına susayıb. Əfsanə, əlbəttə, sadəcə, əfsanədir, amma... bir gün sanki gerçəkliyə çevrilir: ser Çarlz Baskervil müəmmalı şəraitdə ölür. Qurbanın yaxın dostu Ceyms Mortimer məşhur xəfiyyə Şerlok Holmsa müraciət edir. 
Şerlok Holms faktlarla tanış olur və onları məntiqi ardıcıllıq üzrə düzməyə başlayır. Bəli, hər şey əf­sanəni xatırladır, amma səriştəli xəfiyyə üçün əfsanə yoxdur, sadəcə, müəmma var, onu isə açmaq lazımdır. 
“Baskervillərin iti” Britaniyada “Bütün dövrlərin 100 ən yaxşı detektiv romanı” siyahısında yer alan nadir ədəbiyyat incilərindəndir.

Ardını oxu
Kitabın adı Baskervillərin iti
Orijinal adı The Hound of the Baskervilles
Müəllif Artur Konan Doyl
Tərcüməçi Anar Mahmudov
ISBN 9789952580150
Dili Azərbaycan
Səhifə sayı 304
Kitabın formatı 120x190 mm
Çap tarixi 2024
Nəşriyyat Simurq
Pineapple
Artur Konan Doyl

Artur Konan Doyl 1859-cu il mayın 22-də Edinburq şəhərində anadan olub. Yazıçı Edinburq Universitetində tibb üzrə təhsil alıb. Amma elə tələbəlik illərindən ədəbiyyata və yazıçılığa həvəsi olub. Bret Hart və Edqar Alan Ponun kitablarını çox oxuyub. Sonuncunun “Qızıl böcək” hekayəsi gənc tələbənin yaddaşında silinməz iz qoyub. Elə bu təsirlənmələr Konan Doylu yazmağa təşviq edib. 
Məşhur xəfiyyə Şerlok Holmsdan bəhs edən ilk roman – “Al-qırmızı etüd” 1886-cı ildə nəşr olunub. Bunun ar­dın­ca 1890-cı ildə “Dördlərin işarəsi”, 1902-ci ildə “Bas­ker­villərin iti”, 1915-ci ildə isə “Qorxu vadisi” çapdan çıxıb. “Şerlok Holmsun macəraları” adlı hekayələr silsi­lə­si isə “Strand Magazine” jurnalında dərc edilib.
Detektiv ədəbiyyatın ustalarından sayılan Artur Konan Doyl 1930-cu il iyulun 7-də Sasseks şəhərindəki evində ürəktutmasından dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'