Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?

0.0
(0)

Meşəyə Yeni il gəlib, bütün heyvanlar bayram ab-havasına bürünüb. Sevincləri aşıb-daşır, bir-birilərinə hədiyyələr hazırlayır, “Mötəbər Eşşək” tamaşasını dörd gözlə gözləyirlər. 
Amma Dovşan...
Dikbaş, inadkar, küskün, heç kəslə deyib-gülməyən, ancaq ürəyinin dərinliyində gizli bir saflıq olan Dovşan şənliyə qatılmaq istəmir. 
Dovşanın dostu Ayıdan da bir xəbər yoxdur. Hamı nigarandır. Görəsən, onu Yeni il şənliyinə kim çağıracaq? Əlbəttə ki, Dovşan! O, qar-borana baxmır, “Dost dar gündə tanınar” deyib yola düşür. 
Bu, yeni bir qış nağılının başlanğıcıdır. Bu nağıl “Ayı nə üçün qış yuxu­su­­­na getmədi?”, “Arılar nə üçün Eşşəyi çaldı?”, “Tülkü nə üçün bütün gecəni yatmadı?”, “Mastı və Fil”, “Qorxulu me­­şə­yə kim getdi?”, “Dovşanın gündəliyini kim götürdü?”, “Ayı me­­şə­dən küsüb, yox meşənin xəbəri” kimi əh­­valatlardan iba­rət olacaq.

Ardını oxu
Kitabın adı Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?
Müəllif Amin
ISBN 9789952525533
Dili Azərbaycan
Səhifə sayı 144
Kitabın formatı 155x230 mm
Çap tarixi 2020
Nəşriyyat Simurq
Pineapple
Amin

Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. 
Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan iki kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?” seriyanın növbəti kitabıdır.
Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'