Uçan sinif
“Baş-başa verməyincə daş yerindən qalxmaz” deyiblər. “Uçan sinif” romanı beş dost arasındakı gözəl və səmimi dostluqdan bəhs edir. Uşaqlar Yeni il bayramına tamaşa hazırlayırlar. Amma tamaşada iştirak edən dostlardan birini on birincilər qaçırırlar. Və onlar qərara gəlirlər ki, dostlarını on birincilərin əlindən xilas etsinlər. Görəsən, bunu bacaracaqlarmı?
Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestner bu romanda uşaqların mənəvi dünyasını çox real cizgilərlə təsvir edir. Əsər boyu dostların dəcəllikləri və şıltaqlıqları insanın dodağını qaçırdır, romana incə yumor hissi qatır. Qəhrəmanların xarakterinin müxtəlifliyi – bəzisinin tənbəl və acgöz, bəzisinin savadlı və utancaq, bəzisinin qorxaq, bəzisinin də çoxbilmiş olması əsərə ayrıca şirin bir dad verir. Amma onlar bu müxtəlifliyə baxmayaraq, bütün çətin məqamlarda bir-birilərinə dayaq olurlar və bu fədakarlıq insanı təsirləndirir.
Erix Kestner 1960-cı ildə uşaq ədəbiyyatının Nobeli sayılan Andersen mükafatına layiq görülüb.
İlk rəy yazan siz olun