- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Arthur Conan Doyle
Artur Konan Doyl 1859-cu il mayın 22-də Edinburq şəhərində anadan olub. Yazıçı Edinburq Universitetində tibb üzrə təhsil alıb. Amma elə tələbəlik illərindən ədəbiyyata və yazıçılığa həvəsi olub. Bret Hart və Edqar Alan Ponun kitablarını çox oxuyub. Sonuncunun “Qızıl böcək” hekayəsi gənc tələbənin yaddaşında silinməz iz qoyub. Elə bu təsirlənmələr Konan Doylu yazmağa təşviq edib.
Məşhur xəfiyyə Şerlok Holmsdan bəhs edən ilk roman – “Al-qırmızı etüd” 1886-cı ildə nəşr olunub. Bunun ardınca 1890-cı ildə “Dördlərin işarəsi”, 1902-ci ildə “Baskervillərin iti”, 1915-ci ildə isə “Qorxu vadisi” çapdan çıxıb. “Şerlok Holmsun macəraları” adlı hekayələr silsiləsi isə “Strand Magazine” jurnalında dərc edilib.
Detektiv ədəbiyyatın ustalarından sayılan Artur Konan Doyl 1930-cu il iyulun 7-də Sasseks şəhərindəki evində ürəktutmasından dünyasını dəyişib.