Sınmış burunun nəğməsi
“Sınmış burunun nəğməsi” kitabının baş qəhrəmanı 13 yaşlı Bartdır. O, xoşbəxt bir ailədə böyümədiyindən artıq həyatın bir çox keşməkeşləri, qayğıları ilə tanış olub, amma buna baxmayaraq, həmişə optimistdir, bədbinliyi özünə yaxın buraxmır.
Anası Bartı çox istəyir, onu boksa qoyur ki, oğlu özünü müdafiə edə bilsin. Ancaq Bartın öz müdafiə mexanizmi var: o, həddən artıq pozitivdir, həm də melomandır. Musiqi sayəsində problemlərin ağır yükü altında əzilmir. Amma qəhrəmanımız utancaqdır, gizli hobbisini üzə çıxarda bilmir. Yaxşı ki, yanında sinif yoldaşı, sirsaxlamaz Ada var.
“Sınmış burunun nəğməsi” qəhrəmanlıq, qorxu, sevgi, bullinq, idman və musiqi haqqında yumoristik və bir o qədər də qəmli əhvalatdır.
Kitab 2012-ci ildə Norveç Mədəniyyət Nazirliyinin Uşaq Ədəbiyyatı mükafatının qalibi olub. 15-dən çox dilə çevrilib.
İlk rəy yazan siz olun