Panda Pan və Alma ağacı

0.0
(0)

Çünki sevsǝm, anlasam, o zaman bağışlaya bilǝrǝm. 
Sevmǝk, bağışlamaq, unutmaq ǝn böyük azadlıqdır.
Sevmǝk bǝzǝn vaz keçmǝkdir. Panda Pan hamıdan küsmüş vǝ üzü meşǝyǝ sarı çıxıb get­mişdi. Yolda öz-özünǝ deyirdi: “Mǝnǝ niyǝ demǝmisiniz eee. Mǝn dǝ sizinlǝ gedǝrdim. Gedǝndǝ nǝ olur ki?! Mǝn sizi o qǝdǝr yerǝ çağırmışam ki. Çağırsaydınız, nǝ olardı. Yerinizi dar elǝmǝyǝcǝkdim ki. Günǝşinizi ǝlinizdǝn almayacaqdım ki…”
Ürǝyinǝ xal düşmüş Pan yolda Alma ağacı ilǝ rastlaşır. Uzun-uzun onunla söhbǝt edir, almalarından yeyir, bu­da­ğına çıxır, yıxılır, tǝzǝdǝn çıxır, belǝcǝ, ürǝyi saflaşır, üzü gülmǝyǝ başlayır. Alma ağacı bu vaxt Pana mühüm hǝ­yat dǝrslǝri verir, onun üçün yeni üfüqlǝr açır.
“Panda Pan vǝ Alma ağacı” bağışlamağın, barışmağın ki­­tabıdır. Amin bu dǝfǝ içimizdǝ yığılıb qalmış qǝ­rǝzi, “bağışlamamaq” inadını qǝlbimizdǝn silib-süpür­mǝ­yin yollarını göstǝrir, sınmış qǝlbin dost sevgisi ilǝ ye­nidǝn necǝ canlanacağını nümayiş elǝtdirir.

Ardını oxu
Kitabın adı Panda Pan və Alma ağacı
Müəllif Amin
ISBN 9789952849431
Dili Azərbaycan
Səhifə sayı 72
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Simurq
Pineapple
Amin

Amin 1987-ci il iyunun 30-da Zəngilan rayonunda ana­­­dan olub. 2005-2009-cu illərdə ADİU-da Beynəl­xalq iqtisadi münasibətlər, 2018-2021-ci illərdə isə ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ix­tisası üzrə ali təhsil alıb. Yaradıcılığa şeirlə başlasa da, ilk kitabı həm uşaqlar, həm də böyüklər üçün yazdığı “Tuflinlər” hekayəsidir. Kitab oxucular tərəfindən böyük maraqla qarşılanıb və dəfələrlə nəşr olunub. 
Amin heyvanların meşə əhvalatlarından bəhs edən silsiləvi kitablar da yazır. Hazırda bu seriyadan iki kitab çap olunub: “Dovşan nə üçün Yeni il şənliyinə qatılmadı?”, “Ayı nə üçün qış yuxusuna getmədi?”. “Qorxulu me­şəyə kim gedə bilər?” seriyanın növbəti kitabıdır.
Müəllifin dostluqdan, cəsarətdən, sevgidən bəhs edən “Azel” kita­bı da mövzusu, təhkiyə tərzi ilə oxucuların sevimli ki­tab­larından biridir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'