Qarda uçmaq istərdim

0.0
(0)

İtaliya uşaq ədəbiyyatının yaşayan ən böyük yazıçılarından olan Luçia Tumiatinin insanı həm sevindirən, həm də kədərləndirən, hərdən ağladan, hərdən də güldürən “Qarda uçmaq istərdim” kitabı...
Serco öz içində daim Nənəsi ilə danışır, onun üçün burnunun ucu göynəyir, xəyalında, yuxularında, yaşadığı məmləkətdə – hər yerdə onu axtarır, onu soraqlayır, ancaq heç cür tapa bilmir. O hey Nənəsinə suallar verir, daxili arayışla öz uşaq dünyasını kəşf edir.
Serco sinif yoldaşlarından fərqlənir; hadisələrə, ətraf aləmə yaşıdları kimi reaksiya vermir. Qəlbi məchul bir həsrətlə alışıb-yanır. Amma özünü nə qədər sorğu-suala çəksə də, bu məşum duyğunun niyə, nə üçün yarandığını tapa bilmir. Nəhayət, bir gün anasından gözlənilməz xəbər eşidir və Serconun bütün həyatı dəyişir.
Tumiati ana laylası kimi həzin, şirin dillə bizə “özünü fərqli hiss edən” bir uşağın hekayəsini nəql edir.

Ardını oxu
Kitabın adı Qarda uçmaq istərdim
Orijinal adı Vorrei volare sulla neve
Müəllif Luçia Tumiati
Tərcüməçi Gülnar Məlikova
ISBN 9789952525182
Dili Azərbaycan
Səhifə sayı 96
Kitabın formatı 120x190 mm
Çap tarixi 2019
Nəşriyyat Simurq
Pineapple
Luçia Tumiati

Luçia Tumiati 1926-cı ildə İtaliyanın Venesiya şəhərində anadan olub. Hələ uşaq yaşlarından həyatın bir çox ağır çətinlikləri ilə qarşılaşıb. Milliyyətcə yəhudi olduğuna görə İkinci Dünya müharibəsi dövründə mənəvi təzyiqlərə məruz qalıb. 
Tumiati universitetdə ədəbiyyat fakültəsində təhsil alaraq məşhur “Pinokkionun macəraları” kitabının müəllifi Karlo Kollodi haqqında yazdığı elmi işi ilə məzun olur. Müəllif böyüklər üçün yazmaqla bərabər, daha çox uşaqlar və yeniyetmələr üçün kitab yazır.
Tumiati İtaliyanın bir çox ədəbi mükafatlarına layiq görülüb. İtaliyalı yazıçı daha çox bu mövzular haqqında kitab yazır: azadlıq, fərqlilik hissi və dünya ilə ünsiyyətdə olmaq.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'