Həsən Əli Topdaş

Hasan Ali Toptaş

/

Həsən Əli Topdaş 1958-ci il oktyabrın 15-də Dənizli vilayətinin Çal rayonunda anadan olub. Orta təhsilini elə burada alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət taksi fəaliyyəti ilə məşğul olub, daha sonra Çivril Vergi məntəqəsində beş il xəzinədar kimi işləyib. İlk kitabı 1987-ci ildə çap olunan “Bir Gülüşün Kimliği” adlı hekayə toplusudur. 1992-ci ildə çap olunmamış “Sonsuzluğa Nokta” romanı ilə Mədəniyyət Nazirliyinin təşkil etdiyi müsabiqədə fəxri fərmanla təltif olunub və sonradan həmin əsər nazirlik tərəfindən nəşr edilib. Yazıçı 1994-cü ildə “Gölgesizler” əsəri ilə Yunus Nadi roman mükafatına, 1999-cu ildə isə “Bin Hüzünlü Haz” romanı ilə Cevdet Kudret ədəbiyyat mükafatına layiq görülüb.

Həsən Əli Topdaş
WhatsApp Icon
WhatsApp Icon
'