Mumu

0.0
(0)

Hekayənin baş qəhrəmanı Gerasim ürəyitəmiz, işləməkdən yo­­rul­­­­­ma­­yan, cüssəli bədəninə baxmayaraq, kövrək qəlbli bir in­san­­­dır. Ət­ra­fındakı adam­ların yalanları, riyakarlığı onu hə­yat­dan soyudub, heç kəslə yola gedə bilmir. Amma içindəki işıq hə­­­ya­tının tamamilə qa­ralmasına imkan vermir. Üzləşdiyi xoş bir ha­disə nəticəsində san­ki yenidən doğulur. Be­lə ki, günlərin bir günü suda boğulan bir iti – Mumunu xilas edir. Mumu onun ən sa­diq dostuna və sirdaşına çev­rilir, beləcə, Gerasimin ey­­bə­cər­lik­lərdən, günahlardan qoruyub sax­ladığı dünyasında ye­ni­dən gü­nəş doğur.
Bu hekayədə təhkimçilik qanununun insanları kölələşdirməsi, on­­la­rın hətta öz şəxsi qərarlarını belə verə bilməməsi, ağrısı heç cür sən­giməyən yara misalındadır. Gerasim də bu bo­yun­du­ruq­dan əziyyət çəkir. Amma onun yarası daha dərindir, çünki qəl­bi kor­lanmayıb, saf­dır, bir iti öz canı qədər sevə biləcək ürəyə sa­hib­­dir. Ancaq belə sev­ginin bədəli də ağır olur...
Klassik rus ədəbiyyatının ən təsirli hekayələrindən biri, şübhə­siz, Turgenevin misilsiz “Mumu” əsəridir. Həcmcə o qədər bö­yük ol­­ma­sa da, Turgenev Rusiyanın böyük bir tarixi dövrünü və onun çatış­maz­lıqlarını bədii müstəvidə təqdim edir.

Ardını oxu
Kitabın adı Mumu
Orijinal adı Муму
Müəllif İvan Turgenev
Tərcüməçi Adil Əfəndiyev
ISBN 9789952525588
Dili Azərbaycan
Səhifə sayı 80
Kitabın formatı 120x190 mm
Çap tarixi 2021
Nəşriyyat Simurq
Pineapple
İvan Turgenev

İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində ana­dan olub. 1833-cü ildə Moskva Universitetinə qəbul olur. 1838-1841-ci illərdə təhsilini Berlində davam etdirir. Orada bir çox tədqiqatçı, filosof və ədəbiyyatçıyla tanış olur. Ona məşhurluq qazandıran ilk kitab 25 he­ka­yədən ibarət olan “Ovçunun xatirələri” əsəri olur. 1862-ci ildə dünya ədə­biy­yatının incilərindən olan “Atalar və oğullar” romanını ya­zır.
Rusiyada üzləşdiyi bir sıra haqsızlıqlara görə yazıçı Fran­sa­ya köçür. Parisdə yaşadığı illərdə Qustav Flober, Emil Zolya, Henri Ceyms kimi dünya şöhrətli yazıçılarla dost­luq mü­nasibətləri qurur. 1879-cu ildə Oksfordun fəx­ri doktoru adına layiq görülür. Turgenev 1883-cü il­də Paris yaxınlığındakı bir qəsəbədə dünyasını dəyişir.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'