10+

illik təcrübə
  • Bədii ədəbiyyat
  • Non-fikşn
  • Uşaq ədəbiyyatı
  • Dini-fəlsəfi ədəbiyyat

Parlaq İmzalar – düşünərək yaşayanlar üçün

2013-cü ildə qurulan “Parlaq İmzalar” nəşriyyatı bu müddət ərzində ölkə kitabçılığında özünə yer etmiş, kitabların seçimi, tərcümə və nəşr keyfiyyəti ilə oxucuların rəğbətini qazanmışdır. İlk dəfə “orijinaldan tərcümə”ni prinsip olaraq qəbul edən nəşriyyat bu günə kimi dünyanın 13 dilindən tərcümələr etmişdir.

Bizimlə əlaqə

Missiyamız

Məqsədimiz kitabın bir dəyər olduğunu çatdırmaq, kitabsız bir insanın ruhsuz bədən olduğunu anlatmaq, ölkə kitabçılığına yeni bir nəfəs gətirməkdir.

Keyfiyyət

Bizim üçün oxucu candır! Ona görə də oxucularımıza həm mətn, həm də çap keyfiyyəti baxımından gözəl bir mütaliə zövqü yaşatmağa çalışırıq. Tərcümə kitablarımızı orijinal dildən çevirmək əsas prinsiplərimizdən biridir.

Zəmanət

Kitablarına şərtsiz və müddətsiz zəmanət verən yeganə nəşriyyatıq. Çalışırıq ki, yalnız faydalı və dəyərli kitablar çap edək. Ancaq oxucularımız hər hansı səbəbdən kitabımızı bəyənməsə, zəmanətimizdən yararlanaraq kitabı geri qaytara bilərlər.

#oxucucandır

Tərcüməsinə, tərtibatına, keyfiyyətinə, amma daha çox kitab seçiminə güvəndiyimiz azsaylı nəşriyyatlardan biri kimi indi təkcə mənim yox, əksər oxucuların ən sevimli nəşriyyatına çevrilmisiz.

Aydan Həsənova
Hüquqşünas

İrvin Yalomla tanışlığım “Anam və həyatın mənası” kitabı sayəsində olmuşdu. Fərqli bir kitab idi, ardınca “Birgünlük varlıqlar”ı oxumasam, olmazdı. Hər iki kitabı “Parlaq İmzalar” nəfis şəkildə çap edib. Təşəkkür edirəm!

İnci Zadə
Oxucu

Nə yaxşı ki, varsınız! Tərcümə və kitablarınız çox dəyərlidir. Xüsusilə gənc nəsil üçün rolunuz əvəzsizdir. Hər zaman fəaliyyət göstərin, hər zaman parlayın, hər zaman aydınladın. Minnətdaram...

Zaur Abbaslı
Oxucu

Düşünürəm ki, müasir gənclər “Parlaq İmzalar”ın nəşrlərini mütləq mütaliə etməlidirlər. Bununla onlar özlərində geniş dünyagörüşü formalaşdıra bilərlər.

Turan Hüseynov
Oxucu
WhatsApp Icon
WhatsApp Icon
'