Qağayı Conatan Livinqston

0.0
(0)

Bu nədir?! Uşaqlar üçün yazılmış hekayəmi, ibrətli povestmi, yoxsa motivasiya, ya da fəlsəfə kitabımı? Kitabı oxuyanlar bunu dəqiq bilməsələr də, bircə onu bilirlər ki, müəllif möhtəşəm bir əsər yaradıb; böyükdən-kiçiyə hər kəsin oxuyub özünə bir pay götürəcəyi əsər. 
Kitabın çapından 18 nəşriyyat imtina etmişdi, yalnız bir nəşriyyatın tərəddüdlə çap etməsindən qısa müddət sonra nəinki Amerikada, hətta dünyada belə bestsellerə çevrildi.
Təsadüfi deyil ki, bu əsər “oxunulması vacib olan kitablar” siyahısında ön sıralarda yer alır. Riçard Bax istedadlı miniatür rəssam kimi, az sözlə çox dəyərli və vaxt keçdikcə bu dəyəri artan bir əsər meydana çıxarmağı bacarıb.
Bu kitab bir Qağayının mübarizə hekayəsidir; məhdudiyyətlərlə, “olmaz”larla barışmayan, yalnız yemək üçün uçmaq istəməyən, daim yüksəklərə can atan və nəhayət, buna nail olan bir Qağayının, həm də hər birimizin daxilində yaşayan gerçək Qağayının...

Ardını oxu
Kitabın adı Qağayı Conatan Livinqston
Orijinal adı Jonathan Livingston Seagull
Müəllif Riçard Bax
Tərcüməçi Rafiz Hacıoğlu
ISBN 9789952525472
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 120x190 mm
Çap tarixi 2023
Nəşriyyat Simurq
Pineapple
Riçard Bax

Riçard Bax 1936-cı il iyunun 23-də İllinoys ştatının Ok-Park şəhərciyində anadan olub. Kaliforniya ştatının Lonq-Biç Universitetində təhsil alıb. Riçard peşəkar pilotdur. Yüksək ixtisaslı təyyarəçi kimi ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. Uzun müddət “Flayinq” jurnalında məsləhətçi redaktor olub.
İlk kitabı, “Yer üzündəki yad adam” 1963-cü ildə çap olu­­nub. Daha sonra “İllüziyalar”, “Son müharibə”, “Hip­noz” kimi əsərlər yazıb. Ümumilikdə 27 əsərin mü­əl­lifidir.
Riçard Baxın ən məşhur kitabı “Qağayı Conatan Livinq­ston”dur. Kitab 1970-ci ildə nəşr olunub və dünyada bö­yük maraqla qarşılanıb.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'