- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Иван Сергеевич Тургенев
İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində anadan olub. 1833-cü ildə Moskva Universitetinə qəbul olur. 1838-1841-ci illərdə təhsilini Berlində davam etdirir. Orada bir çox tədqiqatçı, filosof və ədəbiyyatçıyla tanış olur. Ona məşhurluq qazandıran ilk kitab 25 hekayədən ibarət olan “Ovçunun xatirələri” əsəri olur. 1862-ci ildə dünya ədəbiyyatının incilərindən olan “Atalar və oğullar” romanını yazır.
Rusiyada üzləşdiyi bir sıra haqsızlıqlara görə yazıçı Fransaya köçür. Parisdə yaşadığı illərdə Qustav Flober, Emil Zolya, Henri Ceyms kimi dünya şöhrətli yazıçılarla dostluq münasibətləri qurur. 1879-cu ildə Oksfordun fəxri doktoru adına layiq görülür. Turgenev 1883-cü ildə Paris yaxınlığındakı bir qəsəbədə dünyasını dəyişir.