Luis Kerol

Lewis Carroll

/

Luis Kerol (əsl adı Çarlz Letvic Docson) 1832-ci il yan­varın 27-də İngiltərənin Çeşir qraflığında anadan olub. İlk təhsilini evdə alıb. 12 yaşından etibarən Riçmond orta məktəbinə gedib. Daha sonra təhsilini Reqbi mək­tə­bində davam etdirib. Bu məktəbdə dərslərini yaxşı oxusa da, digər uşaqlar tərəfindən sıxışdırılıb. Luis Kerol kəkələmədən əziyyət çəkib, özünə qapanıq uşaq olub.
Kerol yazıçı olmaqla yanaşı, riyaziyyatçı və fotoqraf idi. Uzun illər Oksford Universitetinin Krayst Çörç kollecində riyaziyyatdan mühazirələr deyib. 
Yazıçıya dünya şöhrəti gətirən əsəri “Alisa möcüzələr ölkəsində” 1865-ci ildə çap olunub. Kitab uşaq ədəbiyyatında yeni cığır açıb. Daha sonra isə əsərin davamı olaraq “Alisa güzgünün içindən” kitabını yazıb.
Luis Kerol 1898-ci il yanvarın 14-də pnevmoniyadan dün­­yasını dəyişib.

Luis Kerol

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'