Kitab Dostu layihəsi ilə xidmətinizdəyik!

🤝 Kitab Dostu layihəsi nədir?

Kitab Dostu – “Parlaq İmzalar” Nəşriyyatı tərəfindən hazırlanan və korporativ mühitdə əməkdaşların istirahətə ehtiyac duyanda, ilhamlanmaq istəyəndə üz tutacaqları parlaq bir inkişaf guşəsidir. 
Kitab Dostu – şirkətinizdə mütaliə mədəniyyətinin və daxili kommunikasiyanın inkişafına, həmçinin əməkdaşların effektivliyinin artırılmasına xidmət edir.
Kitab Dostu – sadəcə kitab stendi deyil, şirkətinizdən mədəniyyətə açılan pəncərə və mədəni bir ekosistemdir.

💡 Kitab Dostu şirkətinizə nə qazandıracaq?
• Kreativ düşünmə və ideya yaradıcılığının dəstəklənməsi
• Oxu mədəniyyətinin inkişafı, komanda ruhunun gücləndirilməsi
• Şirkət imicinin möhkəmləndirilməsi, şirkətə sadiqliyin artırılması
• Əməkdaşların dil və yazı bacarıqlarının inkişafı
• Stresin azaldılması və intellektual istirahət
• HR KPI-larını dəstəkləyən kreativ bir mütaliə platforması

Bu layihəyə nə daxildir?
• Şirkət daxilində yerləşdirilən estetik dizaynlı kitab stendi
• Stendə yerləşdirmək üçün 100 kitab (bədii, psixologiya, şəxsi inkişaf, biznes-motivasiya, uşaq ədəbiyyatı)
• İl ərzində şirkət daxilində 3 mədəni tədbirin təşkili (yazıçı və şairlərlə görüşlər, kitab müzakirələri, qiraət saatları, monotamaşa, musiqili görüşlər, TED formatlı spiker görüşləri, təlimlər və s.)

📲 Onlayn qeydiyyat və hesabatlılıq
Götürülən kitabların qeydiyyatı üçün xüsusi onlayn sistem qurulub. Bu sistem vasitəsilə götürülən kitabların qeydiyyatı aparılır və şirkətə aylıq hesabat təqdim edilir. Hər əməkdaşın oxuduğu kitablar şəxsi kabinetində toplanılır, həmçinin oxuduğu kitabları qiymətləndirə bilir.

🏷 Loyallıq proqramı
Şirkət əməkdaşlarına “Parlaq İmzalar” nəşriyyatından il boyu 30% endirim tətbiq olunur. Həmçinin ən fəal oxucuya nəşriyyat tərəfindən hədiyyələr təqdim edilir.

📚 Kitablar və yenilənmə
• Kitablar şirkətin və əməkdaşların maraqlarına uyğun seçilir.
• Kitabların şirkətə məxsusluğunu bildirən ştamp vurulur.
• Kitablar il ərzində bir neçə dəfə yenilənə bilər.
• Artıq ehtiyac duyulmayan kitablar şirkət adından azad olunmuş ərazilərimizdə qurulan kitabxanalara, yaxud həbsxana, universitet kitabxanalarına hədiyyə edilir (proses nəşriyyat tərəfindən aparılır).

❤ Kitab mədəniyyətin təməlidir. Biz bu təməl üzərində sizinlə birgə şirkətinizdə mədəni bir ekosistem qururuq. Siz də şirkətimiz Kitab Dostudur deyirsinizsə, bizimlə əlaqə saxlayın:

[email protected]
Tel: (+994) 55 969 72 59

 

 

Ən çox oxunan xəbərlər

“Kor nöqtə” “Proza Oxucu Mükafatı”nın qalibi olub

Naiq Babayevin “Kor nöqtə” romanı 2023-cü il “Proza Oxucu Mükafatı”nın qali...

Corc Oruell seriyası "Felis Azerbaijan" dizayn müsabiqəsində qalib olub

Art-direktorumuz Ramin Həsənəlizadənin dizayn etdiyi Corc Oruell seriyası “Felis Az...

"Kitab qatarı" bu dəfə Azər Qəriblə

ADY ilə birgə həyata keçirdiyimiz “Kitab qatarı” layihəmizin budəfəki qonağı...

Diqqət çəkənlər

WhatsApp Icon
WhatsApp Icon
'