- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Фёдор Михайлович Достоевский
Fyodor Dostoyevski 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşlarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-cı ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məşhur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub. Yazıçıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-cı ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şeytanlar” (1872) romanlarını yazıb. Böyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb. Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhrandan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sıxışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.