Erməni Baş nazirinin etirafları

5.0
(1)

“Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özü­­müz­dən kənarda axtarıb tapmaq acınacaqlıdır: bu bi­zim milli psi­xo­logiyamıza xas bir xüsusiyyətdir...”
Hovanes Kacaznuni
Ermənistanın ilk baş naziri H. Kacaznuninin adı çağdaş Er­mə­nistanda, demək olar ki, unudulub, ya da qəsdən unu­dulmağa məhkum edilib. Onun məruzəsindən iba­rət olan bu kitab isə nə­in­ki Ermənistanda yox edilərək müa­sir nəsillərdən gizlədilib, eləcə də dünyanın önəmli kitab­xa­na­larından yığışdırılıb.
Belə bir kiçik kitabın ermənilərdə bu qədər hiddət do­ğur­ma­­sı­nın səbəbi Kacaznuninin başqa erməni müəlliflərdə na­dir gö­rü­­nən özünütənqid, hadisələri nisbətən obyektiv şə­­kildə təsvir və dərk etmək istəyi, bir də gəldiyi nəticələrdir. Kitabda ən yeni ta­­rixi dövrdə ermənilərin ambisiyaları, bun­­la­rı gerçəkləşdirmək üçün əl atdıqları metodların ya­rar­sızlığı, qonşu xalqlarla düzgün mü­na­si­bət qura bil­mə­mə­­ləri, ən əsası da, dövlət qurmaq və onu ida­rə et­mək qa­bi­­liyyətlərinin olmaması açıq şəkildə dilə gə­ti­ri­lə­rək qis­mən tənqid edilir. 
Bu məruzəni eyni zamanda ibrətamiz etiraflar kitabı ki­mi də say­maq olar.

Ardını oxu
Kitabın adı Erməni Baş nazirinin etirafları
Orijinal adı Դաշնակցութիւնը անելիք չունի այլևս
Müəllif Hovanes Kacaznuni
Tərcüməçi Arif Acaloğlu
ISBN 9789952525779
Dili Azərbaycan
Səhifə sayı 160
Kitabın formatı 120x190 mm
Çap tarixi 2020
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Hovanes Kacaznuni

Hovanes Kacaznuni 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi. 1923-cü ildə "Daşnaksütyun" partiyasından çıxdığını elan edib, 1925-ci ildə SSRİ-yə qayıtmışdır. Ermənistan SSR Dövlət Plan Komitəsində işləyib, İrəvan Universitetində dərs deyib, 1931-ci ildə istefa verib. 1937-ci ildə həbs olunub, 1938-ci ildə həbsxanada ölmüşdür.

1 Rəy

    huseynilgaroghlu says:

    Fikrimcə, bu kitabı Tarix elmiylə xüsusən də, Cənubi Qafqaz regionunun keçmişiylə maraqlanan kəslər oxumalıdır. Daha çox etiraf məktubuna bənzəyir.

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'