Bəyəl əzadarları

0.0
(0)

“Dramaturgiyanı mən ondan öyrənmişəm, Saedi mənim üçün İranın Artur Milleridir”.
Əsğər Fərhadi
Orijinal roman strukturu ilə diqqət çəkən, çap olunduğu il ölkəsində böyük səs-küy yaradan “Bəyəl əzadarları” İranda magik realizmin ilk nümunələrindən sayılır. Əsərdə özünü taleyin hökmünə təslim etmiş zavallı kəndlilərin fanatizm, cəhalət, qorxu, tabu, mistika burulğanında çarəsizliyi əks olunur. “Bəyəl” adlı ucqar kənd sakinlərinin başına gələn hadisələr, əslində, böyük bir cəmiyyətin bədbəxtliyindən xəbər verir. Müəllif heç bir mühakimə etmədən oxucunu obrazlarla üz-üzə qoyaraq bəyəllilərin heç vaxt bitməyən əzadarlığına dəvət edir...
Romanın motivləri əsasında çəkilmiş “İnək” filmi ilk neorealist film kimi İran kinosunu dünya miqyasına çıxarıb. Film Venesiya, Berlin və Kann kimi məşhur kinofestivallarda mükafatlara layiq görülüb.

Ardını oxu
Kitabın adı Bəyəl əzadarları
Orijinal adı عزاداران بیل
Müəllif Qulamhüseyn Saedi
Tərcüməçi Ariz Tarverdiyev
ISBN 9789952525458
Dili Azərbaycan
Səhifə sayı 304
Kitabın formatı 120x190 mm
Çap tarixi 2020
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Qulamhüseyn Saedi

Qulamhüseyn Saedi 1936-cı il yanvarın 15-də Təbriz şə­hə­rin­də anadan olub. Saedi uşaq yaşlarından Anton Çe­xo­­vun hekayələrinin təsiri ilə müxtəlif imzalar altında he­ka­yə­lər, povestlər yazmağa başlayıb. 1956-cı ildə Təbriz Uni­­ver­sitetinin Tibb fakültəsinə daxil olaraq “Azərbaycanda psixonevrozun sosial səbəbləri” mövzusunda dissertasiya işi ilə məzun olub. 
Magik realizm cərəyanının parlaq nümayəndələrindən olan Saedi “Top”, “Bəyəl əzadarları” romanları ilə yanaşı, çoxlu say­da pyes, hekayə yazıb. 1974-cü ildə redaktoru olduğu “Əlifba” jurnalında dərc etdiyi tənqidi məqalələrə görə Pəh­ləvi hökuməti tərəfindən həbs edilib və ağır işgəncələrə məruz qalıb.
Saedinin əsərləri rus, ingilis, fransız, ispan və digər dillərə çev­rilib. O, Amerika Naşirlər Birliyinin dəvətilə Nyu-York şəhərində mühazirələr deyib, Amerikanın tanınmış nasirləri, eləcə də böyük dramaturq Artur Millerlə görüşüb. 
Yazıçı 1985-ci ildə Müqəddəs Antuan xəstəxanasında 49 yaşında sirroz xəstəliyindən dünyasını dəyişib. 

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'