Saranın açarı

0.0
(0)

1942-ci ilin iyul ayında Parisin mərkəzində dəhşətli hadisə baş verir: dövrün ölüm düşərgəsinə – Auşvitzə göndərilmək üçün 13 minə yaxın yəhudi həbs olunur. Kütləvi həbs dalğası 10 yaşlı Sara Starzinskinin ailəsindən də yan keçmir. Amma Sara bir anlıq polislərin gözündən yayınaraq balaca qardaşı Mişeli evlərindəki dolabda gizlədib qapısını açarla bağlayır: “… dalınca qayıdacağam. Söz verirəm”.
Velodrom d’Hivə aparılan balaca Sara, orada insanlara olunan zülmü gördükcə, ağır və faciəvi hadisələrə şahid olduqca pak və məsum dünyası darmadağın olur… Amma Sara ümidsizliyə qapılmır, velodromdan qaçmaq üçün yollar axtarır.
Əsər boyu bir an da olsun bu sual bizi tərk etmir: görəsən, Sara qayıdıb balaca qardaşını xilas edə biləcəkmi?
Kitabda paralel olaraq Culiya adlı bir jurnalistin həyatından da bəhs olunur. Bu süjet xəttində hadisənin üstündən 60 il keçib. Bir gün Culiya çalışdığı qəzetdən tədqiqat üçün yeni bir mövzu alır: “Velodrom d’Hiv” hadisəsi
O, faciəni araşdırdıqca sürprizlərlə qarşılaşır. Sən demə, Culiya ilə Saranı bir-birinə bağlayan gözlənilməz faktlar var. Culiya ilə Saranın həyatını nə birləşdirir? Necə olur ki, illər ötsə də, bu soyqırım Culiyaya və onun ailə münasibətlərinə təsir edir?
Roman bütün bu sirli sualların cavabı ilə hörülüb. Tatyana de Rosney hadisəni – üstündən uzun müddət keçsə də – müasir bir insanın həyatıyla kəsişdirməklə kölgədə qalan bu faciəni bizə daha dərindən hiss etdirir.

Ardını oxu
Kitabın adı Saranın açarı
Orijinal adı Sarah's Key
Müəllif Tatyana de Rosney
Tərcüməçi Svetlana Turan, Səbinə Səfərova
ISBN 9789952525328
Dili Azərbaycan
Səhifə sayı 440
Kitabın formatı 135x200 mm
Çap tarixi 2019
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Tatyana de Rosney

Tatyana de Rosney 28 sentyabr 1961-ci ildə Parisin qərbindəki Nöyi-sür-Sen şəhərində anadan olub. 1992-ci ildən bəri Tatyana de Rosney fransız dilində on iki roman, ingilis dilində isə altı roman nəşr edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'