6.27 qatarındakı qiraətçi

0.0
(0)

“Müasir nağıl –  fikrimcə, romanın ən yaxşı təqdimatı budur. Bütün detallar bir yerdədir: ağatlı oğlan, kafelli hücrəsində yaşayan şahzadə və vahiməli bir bədheybət. Roman belə də başlaya bilərdi: biri var idi, biri yox idi...”
Jan-Pol Didyeloran
“Zerstor 500” kağızların təkrar emalı sexində “işləyən” yırtıcı qətl maşınıdır. O, məzmununa fikir vermədən kitabları amansızlıqla üyüdür. Onu kitablarla “yemləyən” 36 yaşlı Gilen Vinyoldur. Gilen gördüyü işdən ağır vicdan əzabı çəkir. Bu əzabdan az da olsa qurtulmaq üçün, səhər-səhər 6:27 qatarı ilə işə gedərkən “Zerstor 500”ün “ağzından” xilas etdiyi kağız parçalarını ucadan sərnişinlərə oxuyur. Bir gün təsadüfən qatardan tapdığı fləş-kart onun boz həyatına canlılıq qatır və macəra da buradan başlayır...
İstedadlı fransız yazıçısı Didyeloran duzlu, amma bir o qədər də hüznlü personajlardan, novellasayağı süjet xəttindən, insanın dodağına xəfif gülüş qonduran əhvalatlardan bizə dadlı şuket hazırlayıb.

Ardını oxu
Kitabın adı 6.27 qatarındakı qiraətçi
Orijinal adı Le liseur du 6 h 27
Müəllif Jan-Pol Didyeloran
Tərcüməçi Çimnaz Vəliyeva
ISBN 9789952525236
Dili Azərbaycan
Səhifə sayı 168
Kitabın formatı 120x190 mm
Çap tarixi 2019
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Jan-Pol Didyeloran

Jan-Pol Didyeloran 1962-ci il martın 2-də Fransanın şərqində yerləşən Vogezlər departamentində anadan olub. Nensi şəhərində reklam üzrə təhsil alandan sonra bir müddət Parisdə yaşamış, daha sonra yenidən doğma kəndinə qayıtmışdır. 
Didyeloran ilk romanına qədər daha çox hekayə ustası kimi tanınıb. İki dəfə nüfuzlu Beynəlxalq Heminquey mükafatına layiq görülüb. Bu mükafatı 2010-cu ildə “Duman”, 2012-ci ildə isə “Mosquito” hekayəsinə görə alıb. İlk romanını – “6.27 qatarındakı qiraətçi”ni 2014-cü ildə yazıb. Roman gözlənilməz bir uğura imza atıb, çap olunduğu il Fransada ədəbi hadisəyə çevrilib və “Mişel Turne” mükafatına layiq görülüb. Yazıçı bundan başqa daha iki roman yazıb.

İlk rəy yazan siz olun

Oxucu candır

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'