- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
غلامحسین ساعدی
Qulamhüseyn Saedi 1936-cı il yanvarın 15-də Təbriz şəhərində anadan olub. Saedi uşaq yaşlarından Anton Çexovun hekayələrinin təsiri ilə müxtəlif imzalar altında hekayələr, povestlər yazmağa başlayıb. 1956-cı ildə Təbriz Universitetinin Tibb fakültəsinə daxil olaraq “Azərbaycanda psixonevrozun sosial səbəbləri” mövzusunda dissertasiya işi ilə məzun olub.
Magik realizm cərəyanının parlaq nümayəndələrindən olan Saedi “Top”, “Bəyəl əzadarları” romanları ilə yanaşı, çoxlu sayda pyes, hekayə yazıb. 1974-cü ildə redaktoru olduğu “Əlifba” jurnalında dərc etdiyi tənqidi məqalələrə görə Pəhləvi hökuməti tərəfindən həbs edilib və ağır işgəncələrə məruz qalıb.
Saedinin əsərləri rus, ingilis, fransız, ispan və digər dillərə çevrilib. O, Amerika Naşirlər Birliyinin dəvətilə Nyu-York şəhərində mühazirələr deyib, Amerikanın tanınmış nasirləri, eləcə də böyük dramaturq Artur Millerlə görüşüb.
Yazıçı 1985-ci ildə Müqəddəs Antuan xəstəxanasında 49 yaşında sirroz xəstəliyindən dünyasını dəyişib.