Cinayət və cəza
Dünya ədəbiyyatının şah əsərlərındən sayılan Fyodor Mixayloviç Dostoyevskinin “Cinayət və cəza” romanı oxucuya heç zaman unutmayacağı həyəcanlı anlar yaşadır. Bu əsəri oxuyan oxucu passiv mütaliədən canlı şahidə çevrildiyini anlayır.
İnsan, həyatı məntiq qanunları ilə anlayıb, mənəvi qanunlarla isə mühakimə etmək istəyir. Bu ziddiyyət insan ilə dünya arasında uçurum yaradır. Həmin uçurum isə başdan-başa suallarla doludur:
Günahkar insanın cəzası nə zamandan başlayır? Onun günah törətdiyi gündənmi, yoxsa günahını dərk etdiyi andan?
Günahkarın cəzasını kim kəsir? Məhkəmə, qisasını alan insan, yoxsa əsl cəzanı insan özü özünə verir?
Cəza müddəti nə zaman tamamlanır? Günahına bəraət qazandırdığın vaxtdan, həbs müddətini başa vurduqda, yoxsa haqsızlıq etdiyin insan tərəfindən tamamilə bağışlandığın dəqiqədən?
İlk rəy yazan siz olun