"Kitab qatarı" bu dəfə Azər Qəriblə

ADY ilə birgə həyata keçirdiyimiz “Kitab qatarı” layihəmizin budəfəki qonağı müəllifimiz, səyyah Azər Qərib oldu. 

Bakı-Gəncə-Bakı sürət qatarı ilə çox maraqlı səfərimiz baş tutdu. Səfər boyu bir-birindən maraqlı tədbirlər həyata keçirildi. Qatarda musiqi ifa olundu, Azər Qərib və tanınmış qonaqlar çıxış elədi, səmimi söhbət və kitab ətrafında müzakirə aparıldı. Həmçinin tarixi şəhərimiz Gəncənin gəzməli, görməli yerləri ilə daha yaxından tanış olduq.

Səfərdə bizim birgə olan əziz dostlara və oxuculara təşəkkürümüzü bildiririk.

Ən çox oxunan xəbərlər

“Kor nöqtə” “Proza Oxucu Mükafatı”nın qalibi olub

Naiq Babayevin “Kor nöqtə” romanı 2023-cü il “Proza Oxucu Mükafatı”nın qali...

Corc Oruell seriyası "Felis Azerbaijan" dizayn müsabiqəsində qalib olub

Art-direktorumuz Ramin Həsənəlizadənin dizayn etdiyi Corc Oruell seriyası “Felis Az...

Diqqət çəkənlər

WhatsApp Icon
WhatsApp Icon
'