- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Հովհաննես Քաջազնունի
Hovanes Kacaznuni 1867-ci ildə Axalsıxda doğulmuşdur. Tiflis real məktəbini, İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir (1893). İxtisasca memardır. 1883-cü ildən inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə o, sənayeçi Aleksandr Mantaşevdən "Daşnaksütyun" partiyasının ehtiyacları üçün pul tələb etmək üçün Nitsaya getmişdir. 1907-ci ildə Avropaya mühacirət etmiş, 1914-cü ildə gizli şəkildə Tiflisə qayıtmışdır. 1918-ci ildə Zaqafqaziya Seyminin üzvü, Ermənistan Respublikasının ilk baş naziri, sonra Ermənistan parlamentinin sədri olmuşdur. 1921-ci ildə həbs olunub, daşnaklar tərəfindən azad edilib. 1921-ci ildən İrana, sonra Rumıniyaya mühacirət etdi. 1923-cü ildə "Daşnaksütyun" partiyasından çıxdığını elan edib, 1925-ci ildə SSRİ-yə qayıtmışdır. Ermənistan SSR Dövlət Plan Komitəsində işləyib, İrəvan Universitetində dərs deyib, 1931-ci ildə istefa verib. 1937-ci ildə həbs olunub, 1938-ci ildə həbsxanada ölmüşdür.