Ayın qızları

0.0
(0)

“The Man Booker International Prize” mükafatını qazanan ilk ǝrǝbdilli roman
Omanlı yazıçı Coxa ǝl-Harsi 2019-cu ildǝ Olqa Tokarçuk, Anni Erno, Xuan Qabriel Vaskes kimi mǝşhur yazıçıları qabaqlayaraq “Ayın qızları” romanı ilǝ nüfuzlu “The Man Booker International Prize” mükafatını qazanıb.
“Ayın qızları” böyük ailǝ dramıdır. Romanda Omanın Əvafi şǝhǝrindǝ yaşayan üç bacı ilǝ qarşılaşırıq. Maya sev­mǝdiyi oğlanla, Əsma isǝ sadǝcǝ öhdǝlik xatirinǝ evlǝnir, Xaulǝ isǝ bütün tǝkliflǝrǝ rǝdd cavabı verǝrǝk deyiklisi, Kanadada yaşayan ǝmisi oğlunu gözlǝyir.
Bu üç bacı vǝ ailǝlǝri, onların itkilǝri vǝ sevgilǝri ǝnǝnǝvi ağa-nökǝr quruluşundan hazırkı mürǝkkǝb sistemǝ ke­çid elǝyǝn vǝ sürǝtlǝ dǝyişǝn Omanın ictimai ziddiy­yǝt­­lǝri fonunda nümayiş olunur. Üç bacının sayǝsindǝ cǝ­­miyyǝtin bütün zümrǝlǝri ilǝ tanış ola bilirik – xidmǝt­çi­dǝn tutmuş neftin hesabına varlanan şeyxlǝrǝ qǝdǝr. “Ayın qızları” öz dǝrin vǝ şǝrqli atmosferi ilǝ oxucunu ovsunlayan unikal Oman panoramasıdır. Romanda ǝrǝb dünyasının mürǝkkǝbliklǝri, hǝqiqi mǝziyyǝt vǝ problemlǝri ustalıqla göstǝrilib.
Roman Qǝrb dünyasında böyük maraqla qarşılanıb vǝ 20-dǝn çox dilǝ çevrilib.

Ardını oxu
Kitabın adı Ayın qızları
Orijinal adı سيدات القمر
Müəllif Coxa əl-Harsi
Tərcüməçi Aytəkin Qocayeva
ISBN 9789952849448
Dili Azərbaycan
Səhifə sayı 248
Kitabın formatı 135x200 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Coxa əl-Harsi

Coxa əl-Harsi 1978-ci ildə anadan olub. Omanda və Böyük Bri­taniyada təhsil alıb. Edinburq Universitetində Klassik Ərəb Şeiri üzrə fəlsəfə doktoru dərəcəsi alıb. Hal-hazırda Omanın Sultan Qa­bus Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasında do­sentdir. Yazıçıya dünya şöhrəti gətirən “Ayın qızları” romanının in­gilis di­li­nə tərcüməsi 2019-cu ildə “The Man Booker International Prize” mü­ka­fa­­­tına layiq görülüb. O bu mükafatı qazanan ilk ərəb yazıçısıdır. Bundan əlavə, ərəb dilində üç hekayələr kitabı, üç uşaq kitabı və üç romanın müəllifidir.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'