İvan İliçin ölümü

0.0
(0)

“İvan İliçin ölümü”nü yazanda Tolstoyun 58 yaşı var idi. Ölüm qorxusu yazıçını ən çox narahat edən mövzulardan biri idi. O bu əsərlə ölüm qorxusunu fəlsəfi-psixoloji cəhətdən təhlil edərək onun səbəblərini tapmağa çalışdı və nəhayət, bu uzun hekayə ilə ölümü “öldürdü”.
İvan İliç bacarıqlı, mehriban, hamıyla qaynayıb-qarışan bir insan idi. Özünü bütünlüklə işinə – prokurorluğa həsr etmişdi və bundan məmnun idi. Ancaq bir gün böyründə başlayan ağrı onu çənginə aldı;  sakit, adi həyatını cəhənnəm əzabına çevirdi. İvanın canını ölüm xofu bürüdü: “Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Bəs gedəndən sonra məkanım hara olacaq? Doğrudanmı, bu, ölümdür? Yox, istəmirəm...”  
İvan fiziki əzabla yanaşı, mənəvi əzab da çəkirdi. Ölümünə yaxın onda belə bir fikir formalaşdı: sən demə, bütün ömrünü, şüurlu həyatını yanlış yaşayıbmış, ruhi iztirabının səbəbi də bu imiş. Nəhayət, İvan İliç dincliyini əlindən alan həyati suallara cavab tapır.

Ardını oxu
Kitabın adı İvan İliçin ölümü
Orijinal adı Смерть Ивана Ильича
Müəllif Lev Tolstoy
Tərcüməçi Zahid Sarıtorpaq
ISBN 9789952547474
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Lev Tolstoy

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula qu­­berniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını iti­­­rib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dil­ləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kurs­da təh­si­lini ya­rımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sül­h”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. So­­nun­­­cu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olu­­­nub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qə­­­lə­mə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Mu­­rad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stan­si­yasında pnevmaniyadan dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'