Heyvan Respublikası

0.0
(0)

“Varlılar kasıbları necə istismar edirsə, insanlar da heyvanları o cür istismar edir”. Corc Oruell
Dəhşətlisi burasındadır ki, “Heyvan Respublikası” aktuallığını itirməyərək bu gün də dünyanın ən çox oxunan kitabları siyahısındadır. Dəyişən sadəcə sinfi adlar və sistemlərdir. Oruell bu sehrli nağılı ilə ta­rixçilərin, diktatorların, ictimai xadimlə­rin de­mədiyi bir çox həqiqətləri, avtoritar rejim­lərin insanları necə əllərində oyuncağa çevirdiyini çatdırır. 
“Heyvan Respublikası” XX əsr və bəlkə də, ümu­milikdə dünya ədəbiyyatının ən sa­ti­­rik və həcv dolu əsərlərindən biri hesab olu­nur. İlk nəşrindən yalnız 43 il sonra SSRİ-də nəşr olunan bu kitabda Oruell Sta­lin və onun siyasətinin iç üzünü açır. 

Ardını oxu
Kitabın adı Heyvan Respublikası
Orijinal adı Animal Farm
Müəllif Corc Oruell
Tərcüməçi Rafiz Hacıoğlu
ISBN 9789952547535
Dili Azərbaycan
Səhifə sayı 160
Kitabın formatı 125x200 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Corc Oruell

Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motihari şəhərində anadan olub. İbtidai təhsilini Müqəddəs Kiprian mək­təbində alıb. 1922-27-ci illərdə Birmada (indiki Myan­ma) imperiya polisi kimi fəaliyyət göstərib. Daha sonra İngiltərəyə qayıdıb və yaradıcılığa da bundan sonra başlayıb. 1936-cı ildə ailə həyatı qurub və yoldaşı ilə birlikdə İs­pa­niyaya gedərək vətəndaş müharibəsinə qatılıb. Orada ya­şa­dı­ğı ağrı-acıları “Kataloniyaya məhəbbətlə” romanında ifadə edib.

İlk romanı “Paris və Londonda pulsuz-parasız” 1933-cü il­də nəşr olunub. Yaradıcılığının sonrakı dövrlərində “Birma gün­ləri”, “Keşişin qızı”, “Boğuluram” romanlarını yazıb. 1949-cu ildə antiutopiya janrının bənzərsiz nümunələrindən sayılan “1984” romanı çap olunub. İngiltərəli ya­zı­çının əsər­ləri dünyanın 60-dan çox dilinə çevrilib.

Yazıçı 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'