Lev Tolstoy

Лев Николаевич Толстой

/

Lev Tolstoy 1828-ci il sentyabrın 9-da Rusiyanın Tula qu­­berniyasının Yasnaya Polyana malikanəsində anadan olub. Uşaq yaşlarında öncə anasını, daha sonra atasını iti­­­rib. 1844-cü ildə Kazan Universitetinə daxil olaraq Şərq dil­ləri üzrə təhsil almağa başlayıb, lakin ikinci kurs­da təh­si­lini ya­rımçıq qoyaraq doğma kəndinə qayıdıb. 1863-69-cu illərdə ilk irihəcmli romanını – “Hərb və sül­h”ü yazıb. 1873-77-ci illərdə isə bir qadının faciəvi taleyindən bəhs edən “Anna Karenina” romanı üzərində çalışıb. So­­nun­­­cu böyük romanı “Dirilmə” isə 1899-cu ildə çap olu­­­nub. Tolstoy “İvan İliçin ölümü” əsərini 1886-cı ildə qə­­­lə­mə alıb. Böyük yazıçının sonuncu romanı “Hacı Mu­­rad” isə 1912-ci ildə, ölümündən sonra çap olunub. Lev Tolstoy 1910-cu il noyabrın 20-də “Astapova” stan­si­yasında pnevmaniyadan dünyasını dəyişib.

Lev Tolstoy
2
WhatsApp Icon
WhatsApp Icon
'