1984

0.0
(0)

Corc Oruellin “1984” romanı klassik antiutopiya sayılır. Sənətkarın şah əsəri sayılan “1984” ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından sayılıb, ən məşhur siyahılarda ilk pillələrdə yer alıb. “1984” diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında sənətkarın iti müşahidələrindən, dərin zəkasından xəbər verən aforizmlər, bənzətmələr var. Bu əsər bizə deyir ki, bəli, elementar bəşəri prinsiplərin pozulduğu cəmiyyətlərdə hər cür absurdizm mümkündür, orada iki üstəgəl iki beş edər, orada qatıq qara ola bilər. Sağlam məntiqə, insani dəyərlərə köklənməyən heç bir cəmiyyət, heç bir dövlət, heç bir millət “1984”də təsvir edilən şüur deformasiyasından, Böyük Qardaş avtoritarizmindən sığortalanmayıb.

Ardını oxu
Kitabın adı 1984
Orijinal adı Nineteen Eighty-Four
Müəllif Corc Oruell
Tərcüməçi Anar Mahmudov
ISBN 9789952547528
Dili Azərbaycan
Səhifə sayı 400
Kitabın formatı 125x200 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Corc Oruell

Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motihari şəhərində anadan olub. İbtidai təhsilini Müqəddəs Kiprian mək­təbində alıb. 1922-27-ci illərdə Birmada (indiki Myan­ma) imperiya polisi kimi fəaliyyət göstərib. Daha sonra İngiltərəyə qayıdıb və yaradıcılığa da bundan sonra başlayıb. 1936-cı ildə ailə həyatı qurub və yoldaşı ilə birlikdə İs­pa­niyaya gedərək vətəndaş müharibəsinə qatılıb. Orada ya­şa­dı­ğı ağrı-acıları “Kataloniyaya məhəbbətlə” romanında ifadə edib.

İlk romanı “Paris və Londonda pulsuz-parasız” 1933-cü il­də nəşr olunub. Yaradıcılığının sonrakı dövrlərində “Birma gün­ləri”, “Keşişin qızı”, “Boğuluram” romanlarını yazıb. 1949-cu ildə antiutopiya janrının bənzərsiz nümunələrindən sayılan “1984” romanı çap olunub. İngiltərəli ya­zı­çının əsər­ləri dünyanın 60-dan çox dilinə çevrilib.

Yazıçı 1950-ci il yanvarın 21-də Londonda vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'