Qatar. Pikasso. Latur. 1968.
Elçinin bu hekayələri sizi gündəlik həyatın monotonluğundan qoparıb xəyalla reallığın kəsişdiyi, vicdanın sınağa çəkildiyi və saf sevginin təqdim olunduğu fərqli dünyalara aparır.
“Qatar. Pikasso. Latur. 1968.” hekayəsi Moskva qatarının kupesində üz-üzə oturan bir kişi və bir qadından bəhs edir. Onlar uzun illər bir yerdə işləsələr də, bir-birilərinə yaddırlar, hətta bütün söhbətlərini bir lentə yazsalar, heç iyirmi metr olmaz. Amma bu səfər aralarındakı buzu əridir, özü də mistik bir hadisə ilə. “Beş dəqiqə və əbədiyyət” təyyarədə, on min metr yüksəklikdə ölümün bir addımlığında olan Mərdan Dadaşlının vicdanı ilə üzləşmə hekayəsidir. Görəsən, onun uğurlu karyerasının arxasında nə dayanır? Bu sual onu qəfil yaxalayır və ondan əl çəkmir. “Sarı gəlin” sədəfli balabanın Bakının dar məhəllələrindən Nyu-Yorkun göydələnlərinə qədər uzanan kədərli səyahətindən bəhs edir. Maraqlıdır, ruhu olan bir əşya öz sahibindən və yurdundan ayrı qalanda susarmı, yoxsa dil açıb fəryad edər? “Baladadaşın ilk məhəbbəti”ndə Abşeronun qızmar günəşi altında saflığını qoruyan bir gənc kəndlinin yayda bağa dincəlməyə gələn şəhərli qıza bəslədiyi saf, ancaq ümidsiz sevgisindən danışılır.






---uz.jpg)

İlk rəy yazan siz olun