Ölüm hökmü

0.0
(0)

İnsan anadan olduğu dəqiqədən eti­barən tələsirdi... Paxıllığı da, na­mərdliyi də, xəsisliyi də, nankorluğu da, vəfasızlığı da o tələsiklik əmələ gətirirdi...
Ölüm hökmünü verən kimdir? 
Tale? Hakim? Yoxsa zaman?
Əslində, insana ölüm hökmünü verən zamandır. İnsan həqiqətə arxa çevirərək, yaxşıya yaman de­­yərək, kölgəsini özü bilərək zamanın əli ilə öz ölüm hökmünü imzalayır.
Ölüm – şəxsiyyətə pərəstiş edən, satqınlığa alı­­şan, itaətə boyun əyən, haramı halal bilən insanların mənəvi manipulyasiyalarına verilən hökmdür.
Bu romanda bu gün dünənin iç üzü kimi əks etdirilir. Oxucu hər səhifəni vərəqlədikcə bu günün baiskarı olan dünəni görür, beləcə, şahid olduğu zamanın hansı sələfin xələfi olması aydınlaşır.

Ardını oxu
Kitabın adı Ölüm hökmü
Müəllif Elçin
ISBN 9789952547917
Dili Azərbaycan
Səhifə sayı 544
Kitabın formatı 120x190 mm
Çap tarixi 2026
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Elçin

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakıda, Azərbaycanın görkəmli ədibi İlyas Əfəndiyevin ailəsində ana­­dan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Fi­lo­logiya fakültəsini bitirən Elçin daha sonra Nizami adına Ədəbiyyat İnstitutunda aspirantura təhsili alıb və filolo­giya elmləri doktoru, professor dərəcəsinə qədər yük­səlib.
Yazıçının ədəbi fəaliyyəti Azərbaycan nəsrində “altmışıncılar” adlanan nəslin gəlişi ilə eyni dövrə təsadüf edir. Elçin hələ gənc yaşlarından yazdığı hekayələrlə oxucuların rəğbətini qazanıb. “Baladadaşın ilk məhəbbəti”, “Toyuğun diri qalması”, “Dolça” kimi əsərləri ilə Bakı mü­hitini, Abşeronun özünəməxsus koloritini və sadə in­san­ların daxili dünyasını ustalıqla təsvir edib. 
Yazıçının “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” əsərləri Azərbaycan ədəbiyyatının əsas ro­man­­larından hesab olunur.
Yaradıcılıqla yanaşı, Elçin uzun illər Azərbaycanın ictimai-siyasi həyatında da mühüm rol oynayıb. 25 il ərzində Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışaraq ölkənin mədəniyyət və elm sahəsinin inkişafına töhfə verib. 
Elçin Əfəndiyev 3 avqust 2025-ci ildə vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'