Atalar və oğullar
“İlahi! “Atalar və oğullar”dakı ehtişama bax! Mat-məəttəl qalmışam. Bazarovun xəstəliyi elə güclü təsvir olunub ki, mən özüm naxoşladım və elə bil bu xəstəliyə o məni yoluxdurdu. Bəs Bazarovun aqibəti? Qocalar? Kukşina? Allah bilir, onları necə yaradıb. Bir sözlə, dahiyanə!”
Anton Çexov
Rusiyada həm ata, həm də oğul maddi dünyanın təmsilçisidir, mübarizə isə yeni və köhnə dünyagörüşləri arasında gedir. Ata gələcəkdən, oğul keçmişdən qorxur, atanın gücü keçmişdə, oğulun gücü gələcəkdədir. Ata zaman çayının keçmiş sahilində, oğul zaman çayının gələcək sahilində dayanıb, aralarındansa indiki zaman çayı axır. Turgenev bununla da göstərir ki, ən ziddiyyətli zaman indiki zamandır, indiki zaman hər kəsin həyatının döyüş meydanıdır. Liberalizm və nihilizm bu romandakı zidd qütblərdir.
“Həmin dövrlər hiss edirdim ki, nə isə yeni bir şey doğulur; yeni insanlar görürdüm, ancaq onların necə davranacağını, hansı əməlləri törədəcəyini təsəvvürümə gətirə bilmirdim. Mən ya susmalı, ya da bildiyimi yazmalı idim. Sonuncunu seçdim”.
İvan Turgenev







---uz.jpg)

İlk rəy yazan siz olun