Möcüzəvi gecə

0.0
(0)

İnsanın həyəcansız, şövqsüz yaşam tərzi üzündən kiflənmiş daxili dünyasını darmadağın edib, ona yeni, məsud bir həyat bəxş edən nə ola bilər? 
Ailəsi ona böyük miras qoyduğundan baron R. istədiyi kimi gəzib-dolanır, öz kefindən qalmırdı; gənclik qayğılarının, demək olar, hamısından azad idi. Bu həyat aram-aram, hiss etdirmədən onu düşkün bir adama çevirirdi, özünün də dediyi kimi: “Ürəyimdən keçən hər şeyi həyat mənə bəxş etdiyi və mənim də ondan umduğum heç bir şey olmadığı üçün belə yaşayış yavaş-yavaş mənə darıxdırıcı və sönük gəlməyə başlayırdı”.
Amma bir gün qatıldığı at yarışı onun bütün həyatını dəyişdi. Buz bağlamış ruhuna gün işığı düşdü və keyləşmiş duyğuları cuşa gəldi. Svayq novella boyu dramatik bir dillə insan psixologiyasının anbaan necə dəyişdiyini göstərir...

Ardını oxu
Kitabın adı Möcüzəvi gecə
Orijinal adı Phantastische Nacht
Müəllif Ştefan Svayq
Tərcüməçi Nilufər Bəhlulqızı
ISBN 9789952580532
Dili Azərbaycan
Səhifə sayı 104
Kitabın formatı 115x180 mm
Çap tarixi 2025
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ştefan Svayq

Ştefan Svayq 1881-ci il noyabrın 28-də Vyanada anadan olub. 1901-ci ildə şeirlərinin toplandığı “Gümüş sim­lər” kitabı dərc olunub. Yaradıcılığının ilk illərində Bodlerdən, Pol Verlendən, Emil Verxarndan tərcü­mə­lər edib. Avropanın müxtəlif ölkələri ilə yanaşı, Hin­dis­tana, ABŞ-a, Kubaya sə­fərlər edib. 1934-cü ildə Zalts­burqdakı evində aparılan qa­nunsuz yoxlamadan əsəbiləşən yazıçı vətənini tərk edib. Svayq, demək olar, bütün yaradıcılığı boyu müharibə əleyh­darı, pasifizm tərəfdarı olub. Buna görə də Avropanı çənginə alan müharibələrin tö­rət­diyi faciələrə mənəvi cəhətdən tab gətirə bilməyən ya­zıçı 1942-ci il fevralın 22-də öz yoldaşı ilə birlikdə Bra­zi­li­yada intihar edib.
Svayq dünya ədəbiyyatında daha çox novellaları və ta­ri­xi-bioqrafik oçerkləri ilə məşhurdur: “Şahmat”, “Amok”, “Məc­buriyyət”, “Rotterdamlı Erazmın zəfər tən­tənəsi və faciəsi”, “Maria Stüart” və s.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'