Şahmat

5.0
(1)

Ştefan Svayqın ən məşhur novellası “Şahmat” insan şüurunun siyasi təzyiq ucbatından necə haçalandığını, ikiləşməyə məruz qaldığını açıq-aşkar göstərən və insanı dərindən sarsıdan bənzərsiz əsərdir. Usta yazıçı bu kiçikhəcmli əsərdə XX əsr Avropa mədəniyyətinin süquta uğradığını – Hitleri simvolizə edən Çentoviç kimi küt, lovğa bir adamın şahmat üzrə dünya çempionu olması – və ümumilikdə həmin dövrdə dünyada hökm sürən müharibə və zorakılıq ab-havasını – doktor B.-nin amansız şəkildə təcrid edilərək dəliyə çevrilməsi – mahiranə şəkildə əks etdirir.
Dünya ədəbiyyatının, bəlkə də, ən vahiməli və başgicəlləndirici səhnələrindən biri doktor B.-nin şahmatla zəhərlənmiş dünyasında keçirdiyi hisslərdir. Burada oxucu insanın təcridedilmə nəticəsində hansı iztirablar yaşadığını, “heçliyə” düşdüyünü, faşizmin nəinki insanları kütləvi şəkildə qırdığını, bundan da betəri, insanı mənəvi cəhətdən işgəncəyə məruz qoyduğunu beyninin bütün hüceyrələrinə qədər hiss edir.

Ardını oxu
Kitabın adı Şahmat
Orijinal adı Schachnovelle
Müəllif Ştefan Svayq
Tərcüməçi Ştefan Svayq
ISBN 9789952547894
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 115x180 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Ştefan Svayq

Ştefan Svayq 1881-ci il noyabrın 28-də Vyanada anadan olub. 1901-ci ildə şeirlərinin toplandığı “Gümüş sim­lər” kitabı dərc olunub. Yaradıcılığının ilk illərində Bodlerdən, Pol Verlendən, Emil Verxarndan tərcü­mə­lər edib. Avropanın müxtəlif ölkələri ilə yanaşı, Hin­dis­tana, ABŞ-a, Kubaya sə­fərlər edib. 1934-cü ildə Zalts­burqdakı evində aparılan qa­nunsuz yoxlamadan əsəbiləşən yazıçı vətənini tərk edib. Svayq, demək olar, bütün yaradıcılığı boyu müharibə əleyh­darı, pasifizm tərəfdarı olub. Buna görə də Avropanı çənginə alan müharibələrin tö­rət­diyi faciələrə mənəvi cəhətdən tab gətirə bilməyən ya­zıçı 1942-ci il fevralın 22-də öz yoldaşı ilə birlikdə Bra­zi­li­yada intihar edib.
Svayq dünya ədəbiyyatında daha çox novellaları və ta­ri­xi-bioqrafik oçerkləri ilə məşhurdur: “Şahmat”, “Amok”, “Məc­buriyyət”, “Rotterdamlı Erazmın zəfər tən­tənəsi və faciəsi”, “Maria Stüart” və s.

1 Rəy

    Rəşad İsmixanov says:

    Maraqlı kitabdır. Hər bir mənada keyfiyyətli nəşrdir.

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'