Həyat eşqi

4.0
(1)

“Həyat eşqi” və “Tonqal qalamaq” hekayələri insanın çətin, ağır şəraitdə həyatda qalmasından bəhs edir. Cek London amansız təbiətin qoynunda tək-tənha qalan insanın aclıqla, dondurucu soyuqla mübarizəsini, onun tükürpərdici çarəsiz­li­yini sərt, amma bir o qədər həyati üslubda təsvir edir. Bu kitabda soyuğu, şaxtanı iliyinə qədər hiss edirsən.
Həmişə təbiəti ram edən, ondan öz məqsədləri üçün yararla­nan bəşər övladına bu dəfə təbiət meydan oxuyur. İnsanı özü­nə tanıtdırır, əsl xislətini üzə çıxarır. İnsan oxuduqca arzuları, qor­xuları ilə üz-üzə qalır, yenidən əbədi sualları özünə verir. Heka­yələrdə təsvirlər o qədər real, o qədər inandırıcıdır ki, həmin adsız qəhrəmanlarla empatiya qurmamaq mümkün deyil. 
Bir çox hallarda həyatı komfortlu, rahat, təhlükəsiz olduğu halda sevən insan bəs, görəsən, həyatın qəddar üzü ilə qarşılaşsa, necə davranar, onu yenə də sevərmi? Cek London bizi bu ağır sualla qarşı-qarşıya qoyur.
“Alov həyat demək idi, sönməməli idi”.

Ardını oxu
Kitabın adı Həyat eşqi
Orijinal adı Love of Life
Müəllif Cek London
Tərcüməçi Manaf Süleymanov
ISBN 9789952849455
Dili Azərbaycan
Səhifə sayı 72
Kitabın formatı 115x180 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Cek London

Cek London 1876-cı il yanvarın 12-də San-Fransisko şə­hə­rində anadan olub. Əsl adı Con Qriffit Çeynidir. Lon­don uşaq yaşlarından böyük əzab-əziyyətlərə qat­la­şır; o, San-Fransiskonun küçələrində ayaqqabı silir, qə­zet satır, çay və okean gəmilərinin göyərtələrini yuyur, li­manlarda yük vurub, yük boşaldırdı. 1896-cı ildə Ka­liforniya Uni­ver­sitetinə qəbul olur. Ancaq maddi və­ziy­yəti pis ol­du­ğun­dan universiteti yarımçıq qoyur.
C. London təxminən 40-dan çox kitab yazır. Şəksiz, ən məş­­hur əsəri “Martin İden”dir (1909). Bundan başqa, dün­ya ədəbiyyatının əvəzolunmaz klassiklərindən sayı­lan “Ağdiş”, “Əcdadların harayı”, “Dəmir daban” da ya­zı­­çı­nın uğurlu əsərləri sırasındadır.
Böyük yazıçı 1916-cı il noyabrın 22-də Kaliforniya şta­tının Qlen Ellen şəhə­rin­də vəfat edir.

1 Rəy

    Aytac Göyüşova says:

    Cek London mənim doğma hiss etdiyim yazarlardan biridir. Demək olar ki, kitablarının çoxunu oxumuşam. Ən tanış olan isə onun mübarizə aparan obrazlarıdır. Kitabın adının niyə ‘Həyat eşqi’ olduğu başlamazdan əvvəl mənə çox maraqlı gəlirdi, bitirəndə anladım. Bu kitabda mübarizədən daha çoxunu edən bir obraz var. Soyuq, aclıq, xəstəlik və ən dəhşətlisi tək olmaq. Mənim ‘bundan sonra yaşamaz’ dediyim hissələrdə, obrazın yaşam istəyinin bütün əzablardan daha güclü gəldiyi anlar var idi. Kitab kiçik həcmli olmasına baxmayaraq, məni tam hekayənin içərisinə apara bilmişdi. Mən o soyuğun hissiyatından donmuşdum, amma obrazımız hələ də nələrsə etməyə çalışırdı. Görəsən həqiqətən də o an belə güclü ola bilirik mi? İnsanın mübarizəyə davam edə bilməsi üçün problemləri geridə qoya biləcək güclü səbəbləri olmalıdır. Amma həmin an bunları düşünəcək qədər sağlıqlı beynimizin olduğunu sanmıram. Bəlkə də, ümid hissi mübarizəyə vadar edir) 1 saatlıq kitabdır, elə yolda bitirməlik. Mənim kimi Cek London qələmindən darıxmısınızsa, oxuyun. Az da olsa onun dünyasında olursunuz, bunun üçün əziz @parlaqimzalar -a təşəkkür edirəm

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'