Taun

0.0
(0)

1912-ci ildə “The London Magazine” jurnalında dərc olunan “Taun” hekayəsi müasir ədəbiyyatın ilk postapokaliptik mətnlərindən hesab olunur. 2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası ilə bu hekayədəki hadisələr arasında tükürpərdici oxşarlıqlar var, sanki Cek London kahinlər kimi 108 il sonrakı hadisələri görüb. 
2013-cü ildə bütün dünyanı çənginə alan taun epidemiyası, demək olar, bütün bəşəriyyəti məhv edir. Xoşbəxtlikdən, sağ qalanlar içində ədəbiyyat müəllimi professor Smit də var. Ancaq ibtidai dünyanın yeni sakinləri onun mədəniyyət, sivilizasiya haqqında dediklərinə qulaq vermək istəmirlər, onu boşboğaz, qoca sərsəm hesab edirlər. Cek London “al-qırmızı taun” adlı epidemiyanın həm mədəni, həm də fiziki cəhətdən dünyanın axırına necə çıxdığını vahiməli bir şəkildə təsvir edir: kritik anlarda insanlar təbii halından çıxıb barbarlaşır, kapitalistlər tez bir yol tapıb sivişib aradan çıxmaq istəyir, cəmiyyətdə anarxiya, xaos hökm sürür, şəraitin dəyişməsi ilə bir vaxtlar xidmətçi olan insanlar indi öz ağalarını kölə vəziyyətinə salırlar... 

Ardını oxu
Kitabın adı Taun
Orijinal adı The Scarlet Plague
Müəllif Cek London
Tərcüməçi Rafiz Hacıoğlu
ISBN 9789952547467
Dili Azərbaycan
Səhifə sayı 96
Kitabın formatı 115x180 mm
Çap tarixi 2022
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Cek London

Cek London 1876-cı il yanvarın 12-də San-Fransisko şə­hə­rində anadan olub. Əsl adı Con Qriffit Çeynidir. Lon­don uşaq yaşlarından böyük əzab-əziyyətlərə qat­la­şır; o, San-Fransiskonun küçələrində ayaqqabı silir, qə­zet satır, çay və okean gəmilərinin göyərtələrini yuyur, li­manlarda yük vurub, yük boşaldırdı. 1896-cı ildə Ka­liforniya Uni­ver­sitetinə qəbul olur. Ancaq maddi və­ziy­yəti pis ol­du­ğun­dan universiteti yarımçıq qoyur.
C. London təxminən 40-dan çox kitab yazır. Şəksiz, ən məş­­hur əsəri “Martin İden”dir (1909). Bundan başqa, dün­ya ədəbiyyatının əvəzolunmaz klassiklərindən sayı­lan “Ağdiş”, “Əcdadların harayı”, “Dəmir daban” da ya­zı­­çı­nın uğurlu əsərləri sırasındadır.
Böyük yazıçı 1916-cı il noyabrın 22-də Kaliforniya şta­tının Qlen Ellen şəhə­rin­də vəfat edir.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'