- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
John Griffith Chaney (Jack London)
Cek London 1876-cı il yanvarın 12-də San-Fransisko şəhərində anadan olub. Əsl adı Con Qriffit Çeynidir. London uşaq yaşlarından böyük əzab-əziyyətlərə qatlaşır; o, San-Fransiskonun küçələrində ayaqqabı silir, qəzet satır, çay və okean gəmilərinin göyərtələrini yuyur, limanlarda yük vurub, yük boşaldırdı. 1896-cı ildə Kaliforniya Universitetinə qəbul olur. Ancaq maddi vəziyyəti pis olduğundan universiteti yarımçıq qoyur.
C. London təxminən 40-dan çox kitab yazır. Şəksiz, ən məşhur əsəri “Martin İden”dir (1909). Bundan başqa, dünya ədəbiyyatının əvəzolunmaz klassiklərindən sayılan “Ağdiş”, “Əcdadların harayı”, “Dəmir daban” da yazıçının uğurlu əsərləri sırasındadır.
Böyük yazıçı 1916-cı il noyabrın 22-də Kaliforniya ştatının Qlen Ellen şəhərində vəfat edir.