Bəyaz gecələr

0.0
(0)

Dostoyevskinin “Bəyaz gecələr”i  sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki, gəl görəsən... “Bəyaz gecələr” sevginin gücü, sonsuzluğu, umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır – su kimi axıcı, üzücü və romantikdir. Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. 
Öz şəhərinizin, kəndinizin, küçənizin sehrli gecələri yadınızdamı? Gecələri ülvi, saf duyğularınızın çulğalaşmasından sonra ya­şadığınız peşmançılıq, uğursuzluğun acı təəssüratları, gün­düz­ləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza, daha güc­lü, daha yaxşı olacağınıza söz verdinizmi? “Bəyaz gecələr”in qəh­rə­manı bax beləcə həssas, qəribə və romantikdir, lakin na­­kam sevgi onu daha da gücləndirə, yeni həyata sövq edə bilir. Bu qəhrəman məcnunsayağı ölməyi yox, yaşamağı, yaratmağı, la­kin heç vaxt unutmamağı seçir.

Ardını oxu
Kitabın adı Bəyaz gecələr
Orijinal adı Белые ночи
Müəllif Fyodor Dostoyevski
Tərcüməçi Yusif Əzimzadə
ISBN 9789952547696
Dili Azərbaycan
Səhifə sayı 112
Kitabın formatı 115x180 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Fyodor Dostoyevski

Fyodor Dostoyevski 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşlarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-cı ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məş­hur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub.  Yazıçıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-cı ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şey­tanlar” (1872) romanlarını yazıb. Böyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb. Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhran­dan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sı­xışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

Oxşar Kitablar

WhatsApp Icon
WhatsApp Icon
'