Gizlindən qeydlər

0.0
(0)

Dostoyevski tədqiqatçılarının dediyi kimi, “Bütün dünyanın sevimli müəllifi olan Dostoyevski bu romandan başlayır”. “Gizlindən qeydlər” Dostoyevskinin dünyaya daha geniş müstəvidən baxdığı ilk romanıdır. Müəllifin yaradıcılığında açar rolunu oynayan bu əsərdə dünyada özünə yer tapmayan, nə sənətlə, nə eşqlə, nə də digər şeylərlə ovuna bilən baş qəhrəmanın timsalında bəşər övladının yaşadığı çoxsaylı ruhi böhranları, ağrıları, məşəqqətləri görəcəksiniz. 
Bu romanı oxuyarkən baş qəhrəmanın özünü, öz kimliyini anlaması üçün necə durmadan qəlbinin dərinliklərinə, vicdanının labirintlərinə can atdığının şahidi olacaqsınız. Əsərdə qoyulan sual budur: insan özünü cəmiyyətin içərisindəmi anlamalıdır, yoxsa hər kəsdən uzaqlaşıb? Xilas tənhalıqdadır, yoxsa insanlar arasında öz yerini, ictimai mövqeyini müəyyənləşdirməkdədir? Bəs bu çətin sualların həyati cavabları nədir?

Ardını oxu
Kitabın adı Gizlindən qeydlər
Orijinal adı Записки из подполья
Müəllif Fyodor Dostoyevski
Tərcüməçi Azad Yaşar
ISBN 9789952849400
Dili Azərbaycan
Səhifə sayı 200
Kitabın formatı 125x200 mm
Çap tarixi 2023
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Fyodor Dostoyevski

Fyodor Dostoyevski 1821-ci il noyabrın 11-də Moskvada anadan olub. Dostoyevski uşaq yaşlarından Puşkin, Qöte və Servantesin əsərləri ilə tanış olub. 1846-cı ildə ilk romanını – “Yoxsul insanlar”ı yazıb. Bu roman haqqında dövrün məş­hur tənqidçisi Belinski müsbət fikirlər səsləndirib. Amma növbəti romanları ədəbi ictimaiyyət tərəfindən bir o qədər də bəyənilməyib. 1849-cu ildə hakimiyyət əleyhinə fəaliyyət göstərdiyinə görə Sibirə sürgün olunub.  Yazıçıya dünya şöhrəti gətirən əsəri – “Cinayət və cəza” 1866-cı ildə çap olunub. Bunun ardınca “İdiot” (1869) və “Şey­tanlar” (1872) romanlarını yazıb. Böyük yazıçı sonuncu romanı “Karamazov qardaşları”nı 1880-ci ildə tamamlayıb. Dostoyevski, demək olar, bütün həyatı boyu ruhi böhran­dan çıxa bilməyib, daim borclu olduğu insanlar tərəfindən sı­xışdırılıb. Dünya ədəbiyyatının böyük klassiki 1881-ci il fevralın 9-da vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'