Vadidəki zanbaq

0.0
(0)

“Vadidəki zanbaq” Balzakın ən çox oxunan romanlarından biridir. Kitabda ana sevgisindən məhrum qalan Feliks adlı bir gəncin içindəki sevgi təşnəliyini necə yatızdırmasından, özündən yaşca böyük olan qadına çılğın eşqindən bəhs edir. Madam dö Morsof bir ana kimi onu öz ağuşuna alır, onun təşnə qəlbini sevgi ilə suvarır. Bu, bir-birini dəlicəsinə sevən iki insanın fədakarlıq, iztirab və əzm hekayəsidir. 
İki yol arasında qalan madam dö Morsof ailənin ona gətirdiyi məsuliyyətə boyun əyib övladlarının gələcək taleyini düşünməli, ərinə sadiq qalmalı, yoxsa ondan ötrü dəli-divanə olan, hər cür bəhanə ilə onu görməyə, ona xoş sözlər deməyə can atan bir gəncin sevgisinə cavab verməlidir? 
Avtobioqrafik xarakterli bu romanda XIX əsr fransız kübar cəmiyyətinə mənsub insanların etika və hissləri dolğun şəkildə əks olunur.

Ardını oxu
Kitabın adı Vadidəki zanbaq
Orijinal adı Le Lys dans la vallée
Müəllif Onore dö Balzak
Tərcüməçi Çimnaz Vəliyeva
ISBN 9789952547061
Dili Azərbaycan
Səhifə sayı 408
Kitabın formatı 125x200 mm
Çap tarixi 2021
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Onore dö Balzak

Onore dö Balzak 1799-cu il mayın 20-də Fransanın Tur şəhərində anadan olub. 1814-cü ildə hökumət qulluqçusu olan atası ilə birlikdə Parisə köçüb. İlk dəfə qələmini dramaturgiya sahəsində sınayan yazıçı 1820-ci ildə “Kromvel” dramını yazıb. 1824-cü ildə “Evlənmənin fiziologiyası” adlı oçerklər kitabını çap etdirib.

Balzaka ilk şöhrət gətirən əsər “Şuanlar”dır. Amma böyük yazıçı dünya ədəbiyyatı tarixində “Bəşəri komediya” ilə yadda qalıb. Belə ki, bu ad altında Balzakın 90 əsəri toplanıb. Bunların arasında “Qorio ata”, “Qulan dərisi”, “Vadidəki zanbaq” kimi məşhur romanlar da var. Balzakın “Bəşəri komediya”ya daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur.

Yazıçı 1850-ci il avqustun 18-də Paris şəhərində vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'