Onore dö Balzak

Honoré de Balzac

/

Onore dö Balzak 1799-cu il mayın 20-də Fransanın Tur şəhərində anadan olub. 1814-cü ildə hökumət qulluqçusu olan atası ilə birlikdə Parisə köçüb. İlk dəfə qələmini dramaturgiya sahəsində sınayan yazıçı 1820-ci ildə “Kromvel” dramını yazıb. 1824-cü ildə “Evlənmənin fiziologiyası” adlı oçerklər kitabını çap etdirib.

Balzaka ilk şöhrət gətirən əsər “Şuanlar”dır. Amma böyük yazıçı dünya ədəbiyyatı tarixində “Bəşəri komediya” ilə yadda qalıb. Belə ki, bu ad altında Balzakın 90 əsəri toplanıb. Bunların arasında “Qorio ata”, “Qulan dərisi”, “Vadidəki zanbaq” kimi məşhur romanlar da var. Balzakın “Bəşəri komediya”ya daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur.

Yazıçı 1850-ci il avqustun 18-də Paris şəhərində vəfat edib.

Onore dö Balzak

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'