Ateistin ibadəti

0.0
(0)

Bir gün Byanşon ateist olan müəlliminin kilsəyə girdiyini görür. Xəlvətcə onu izləyir və görür ki, müəllimi Tanrıya inanan insanlar kimi messaya qulaq asır. Byanşon tərəddüdlər burulğanına düşür. Balzak “Ateistin ibadəti” adlı uzun hekayəsində insanlığın necə mühüm olduğundan, əqidənə müxalif olan insanla necə gözəl bir şəkildə yaşamağın mümkünlüyündən danışır.
“Dəniz kənarında faciə” hekayəsində Lui və Polin cütlüyü sahil kənarında şirin xəyallara dalaraq gəzişirlər. Ancaq bu romantika sərt qranit qayanın üzərində heykəl kimi donub qalmış sirli bir adamın hekayəsinə qulaq asanadək davam edir. 
Dilicanda Parisdən Mulenə gedən iki gənc səfər əsnasında dostlaşırlar. Yol boyu bir-birilərinə öz sevgi macəralarından danışırlar. Qəfil dilican qəzaya uğrayır və dostlardan biri vəfat edir, amma ölüm anında həmsöhbətindən sevgilisinə yazdığı məktubları ona çatdırmağı istəyir. “Əmanət” hekayəsi XIX əsr Fransa cəmiyyətini, o dövrdə yaşanan qarma-qarışıq romantik münasibətləri tanımaqla səciyyələnir.

Ardını oxu
Kitabın adı Ateistin ibadəti
Orijinal adı La messe de l'athée (histoires)
Müəllif Onore dö Balzak
Tərcüməçi Çimnaz Vəliyeva
ISBN 9789952868722
Dili Azərbaycan
Səhifə sayı 104
Kitabın formatı 115x180 mm
Çap tarixi 2026
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Onore dö Balzak

Onore dö Balzak 1799-cu il mayın 20-də Fransanın Tur şəhərində anadan olub. 1814-cü ildə hökumət qulluqçusu olan atası ilə birlikdə Parisə köçüb. İlk dəfə qələmini dramaturgiya sahəsində sınayan yazıçı 1820-ci ildə “Kromvel” dramını yazıb. 1824-cü ildə “Evlənmənin fiziologiyası” adlı oçerklər kitabını çap etdirib.

Balzaka ilk şöhrət gətirən əsər “Şuanlar”dır. Amma böyük yazıçı dünya ədəbiyyatı tarixində “Bəşəri komediya” ilə yadda qalıb. Belə ki, bu ad altında Balzakın 90 əsəri toplanıb. Bunların arasında “Qorio ata”, “Qulan dərisi”, “Vadidəki zanbaq” kimi məşhur romanlar da var. Balzakın “Bəşəri komediya”ya daxil etdiyi əsərlərdə burjua cəmiyyətinin əxlaqının ifşası əsas yer tutur.

Yazıçı 1850-ci il avqustun 18-də Paris şəhərində vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'