Siddhartha

0.0
(0)

Birinci Dünya müharibəsindən sonra, xüsusilə Avropada mənəvi deqradasiya başlayır. Hesse “Siddhartha”nı yazmaqla dünyanı bürümüş zülmətə bir işıq tutmaq və insanlığı yenidən mənəviy­ya­ta, özünün zəngin irsinə qaytarmağa çalışır.
Roman qəliblərə, şablonlara sığmayan bir gəncin özünüaxtarış hekayəsidir. O, rahat həyata, ailəsinin nüfuzuna məhəl qoymadan öz evini tərk edir. Və məchullarla, bilinməzlərlə dolu bir səfərə çıxır. Bu səfər zamanı Siddhartha özünü müxtəlif rollarda müşahidə edir: mömin brahman, samana, varlı tacir, sevgili, ata. Amma ənənəvi təlimlərin və ictimai normaların heç biri onun məna axtaran yanğılı qəlbinə su səpmir; gah dünyəvi həzlərə meyil edir, gah da asketizmə üz tutub dünyanı heçə sayır. Bu tərəddüd onun ruhunu alt-üst edir. Nəhayət, bu enişli-yoxuşlu yolda rastlaşdığı sonuncu şəxs həyatında yeni bir səhifə açır.

Ardını oxu
Kitabın adı Siddhartha
Orijinal adı Siddhartha (Eine indische Dichtung)
Müəllif Herman Hesse
Tərcüməçi Nilufər Bəhlulqızı
ISBN 9789952580815
Dili Azərbaycan
Səhifə sayı 168
Kitabın formatı 120x190 mm
Çap tarixi 2025
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Herman Hesse

Herman Hesse 1877-ci il iyul 2-də Almaniyanın Kalv şə­­­hə­rin­də anadan olub. Atası missioner, anası isə teoloq qı­­­zı idi, bu da onun yaradıcılığında din və mənəviyyat möv­­zu­­la­­rının əsas yer tutmasına səbəb olub. Məktəb illə­rində yaşadığı çə­tin­liklər və gəncliyində keçirdiyi böh­ran­lar onun psixoloji də­rin­liyini artırıb. İkinci romanı “Çarx­lar altında” məhz o dövr­də keçirdiyi ekzistensial də­yi­şik­lik­lərdən bəhs edir. 
Hesse ədəbiyyata şeirlə başlamış, lakin daha sonra ro­man­­ları ilə dünya şöhrəti qazanmışdır.
Ən məşhur əsərləri arasında “Siddhartha”, “Knulp”, “Yal­qu­­zaq”, “Muncuq oyunu” yer alır. Hesse bu romanlarda cə­­miy­­yətin təzyiqlərindən qaçan, daxili azadlığını axtaran və öz yo­lunu tapan fərdlərin hekayələrini yazıb.
1946-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq gö­rü­lüb. Yaradıcılığı boyunca müharibə və mil­lət­çi­li­yə qarşı çıxışlar edib. 
Herman Hesse 9 avqust 1962-ci ildə İsveçrədə vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'