Knulp

0.0
(0)

Görkəmli yazıçı Ştefan Svayq da da­xil olmaqla bir çox yazıçıların rəğbətini qazanmış bu gözəl və təsirli əsər Hessenin gənclik dövrü yaradıcılığının yekun akkordu və zirvəsidir. 
Öz ailəsindən, evindən, yurdundan didərgin düşən Knulp azadlıq axtarışındadır. Ona qucaq açan, yemək və sığınacaq verən dostlarının evində qonaq qalsa da, bu istiqanlı, sevimli sərgərdan heç bir məkana və ya insana bağlanmır, bundan qətiyyətlə imtina edir. Knulp üçün sərgərdanlıq xoşbəxtlikdir, azadlığın özüdür. 
Hesse yazırdı ki, “Knulp kimi personajlar faydalı olmasalar da, bəzi “faydalı” insanlardan daha az zərərlidirlər. Bu cür istedadlı və həssas insanlar onları əhatə edən mühitdə bir sığınacaq tapa bilmirlərsə, bunda onun özü qədər mühitin də günahı var”.

Ardını oxu
Kitabın adı Knulp
Orijinal adı Knulp (Drei Geschichten aus dem Leben Knulps)
Müəllif Herman Hesse
Tərcüməçi Çərkəz Qurbanlı
ISBN 9789952867923
Dili Azərbaycan
Səhifə sayı 136
Kitabın formatı 120x190 mm
Çap tarixi 2026
Nəşriyyat Parlaq İmzalar
Pineapple
Herman Hesse

Herman Hesse 1877-ci il iyul 2-də Almaniyanın Kalv şə­­­hə­rin­də anadan olub. Atası missioner, anası isə teoloq qı­­­zı idi, bu da onun yaradıcılığında din və mənəviyyat möv­­zu­­la­­rının əsas yer tutmasına səbəb olub. Məktəb illə­rində yaşadığı çə­tin­liklər və gəncliyində keçirdiyi böh­ran­lar onun psixoloji də­rin­liyini artırıb. İkinci romanı “Çarx­lar altında” məhz o dövr­də keçirdiyi ekzistensial də­yi­şik­lik­lərdən bəhs edir. 
Hesse ədəbiyyata şeirlə başlamış, lakin daha sonra ro­man­­ları ilə dünya şöhrəti qazanmışdır.
Ən məşhur əsərləri arasında “Siddhartha”, “Knulp”, “Yal­qu­­zaq”, “Muncuq oyunu” yer alır. Hesse bu romanlarda cə­­miy­­yətin təzyiqlərindən qaçan, daxili azadlığını axtaran və öz yo­lunu tapan fərdlərin hekayələrini yazıb.
1946-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq gö­rü­lüb. Yaradıcılığı boyunca müharibə və mil­lət­çi­li­yə qarşı çıxışlar edib. 
Herman Hesse 9 avqust 1962-ci ildə İsveçrədə vəfat edib.

İlk rəy yazan siz olun

Oxucu candır

MÜƏLLİFİN DİGƏR KİTABLARI

WhatsApp Icon
WhatsApp Icon
'