- 0
-
-
Ümumi = 0.00 ₼
- Səbətə bax Sifariş et
-
Hermann Karl Hesse
Herman Hesse 1877-ci il iyul 2-də Almaniyanın Kalv şəhərində anadan olub. Atası missioner, anası isə teoloq qızı idi, bu da onun yaradıcılığında din və mənəviyyat mövzularının əsas yer tutmasına səbəb olub. Məktəb illərində yaşadığı çətinliklər və gəncliyində keçirdiyi böhranlar onun psixoloji dərinliyini artırıb. İkinci romanı “Çarxlar altında” məhz o dövrdə keçirdiyi ekzistensial dəyişikliklərdən bəhs edir.
Hesse ədəbiyyata şeirlə başlamış, lakin daha sonra romanları ilə dünya şöhrəti qazanmışdır.
Ən məşhur əsərləri arasında “Siddhartha”, “Knulp”, “Yalquzaq”, “Muncuq oyunu” yer alır. Hesse bu romanlarda cəmiyyətin təzyiqlərindən qaçan, daxili azadlığını axtaran və öz yolunu tapan fərdlərin hekayələrini yazıb.
1946-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Yaradıcılığı boyunca müharibə və millətçiliyə qarşı çıxışlar edib.
Herman Hesse 9 avqust 1962-ci ildə İsveçrədə vəfat edib.